“Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi”
Mircavadov yerli mütəxəssisin tərəfdarıdı
Srağagün Milli Olimpiya Komitəsində 2018-ci ilin yekunlarına dair təşkil olunan görüşdə idman ictimaiyyətiylə görüşən ölkə başçısı İlham Əliyev hər il olduğu kimi, dəfə də əldə olunan uğurlara görə bir qrup idmançı və məşqçini mükafatlandırıb. Mükafat alanların siyahısını ötən sayımızda sizlərə təqüdim etmişdik. Onların arasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da var. 2009-cu ildə “Şörət” ordeni alan 71 yaşlı mütəxəssis bu dəfə prezident təqaüdünə layiq görülüb. Dünən Ağasəlim bəylə söhbətdə həm bu, həm də bizi maraqlandıran başqa mövzular ətrafında söhbətləşdik.
- Əvvəlcə sizi prezident təqaüdinə layiq görüldüyünüzə görə təbrik edirik. Bunu gözləyirdiz?
- Açığı, tədbirdən iki gün öncə Gənclər və İdman Nazirliyindən zəng vurub bildirmişdilər. Adımın həmin siyahıda olması mənim üçün çox xoş oldu. Sənədlərimi bir ildən artıq idi ora təqdim etmişdim. Görünür, növbə bu il çatıb. Ölkə başısına bu diqqətə görə təşəkkür edirəm.
- Son günlər futbolumuzda baş verən proseslərə də münasibət bildirməyinizi istərdik. Ötən həftə İcraiyyə Komitəsinin toplantısında gözlənilməz qərarlar qəbul olundu...
- Doğrudan da ötən həftə futbolumuzda çalxalanma oldu. Əsas millinin və bəzi müxtəlif yaş qrupu üzrə yığmaların baş məşqçiləri ilə yollar ayrıldı. Mən nə deyə bilərəm? Bizim komitə yalnız tövsiyə verə bilər. Şəxsən özüm yığmada həmişə yerli mütəxəssisin çalışmasının tərəfdarı olmuşam. Yeni gələcək baş məşqçi yerli də ola bilər, əcnəbi də. Rəhbərlik hazırda axtarışdadı. Qurban Qurbanovun gedişi bir qədər gözlənilməz olduğundan onu əvəzləyəcək çalışdırıcının təyinatı yubanır.
- AFFA rəhbərliyi Qurbanovdan əvvəl millinin çalışdıran əcnəbi məşqçilərə daha çox vaxt vermişdi. Ancaq nəyə görəsə Qurban bəyə eyni şərait yaradılmadı və cəmi 12 aydan sonra onunla vidalaşdılar. Sizcə, bunun arxasında nə durur?
- Açığı, baş verən proseslərin tam təfərrüatından xəbərsizəm. İcraiyyə Komitəsinin iclası oldu və üzvlər belə qərar qəbul etdilər. İstər yığma, istərsə də “Qarabağ”, xüsusilə də “Qarabağ” son oyunlarda çox zəif təsir bağışlayırdı. Mənə elə gəlir, Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi. Ya millinin xeyrinə qərar verməliydi, ya da Ağdam təmsilçisinin “sükanı arxasında” qalmalıydı. Doğrudan da iki yerdə işləmək məşqçi üçün çox ağır olur. Qurbanov bizim məşqçidi və onu itirmək olmaz.
- Baş katib açıqlamasında namizədlərin seçimi zamanı Məşqçilər Komitəsinin üzvlərinin də fikirlərini öyrənib qərar verəcəklərini bildirib. Sizə elə gəlmir ki, Elxan Məmmədov bununla bir qədər məsuliyyətdən yayınmağa çalışır? Yəni sabah yeni gələnin rəhbərliyi altında milli uğursuzluqla üzləşsə, siz də ittiham hədəfinə çevriləcəksiz.
- Namizədin adını bizə bildirəndən sonra mövqeyimizi ortaya qoyacağıq. O ki qaldı məsuliyyətdən yayınmağa və bizi “odun içinə atmaq” məsələsinə, Robert Prosineçki də gələndə bizimlə görüşdü, fikir mübadiləsi apardıq. Qurban müəllim təyin olunanda, özü bizimlə görüşməsə də, komitə üzvü kimi razılığımızı bildirdik.
- Qurban bəy sizinlə görüşsəydi, indi söylədiklərinizi - iki yerdə işləməyin ağır olduğunu - həmin an ona deyərdiz?
- Xatırlayırsızsa, bir il əvvəl təyinat gerçəkləşən zaman bununla bağlı siz mənə bu sualı verib, baş məşqçinin iki işi bir yerdə çatdırıb-çatdıra bilməyəcəyini soruşmuşduz. Nə cavab vermişdim? Demişdim ki, gücü çatacaqsa, mümkündü. İnsandan insana fərq var. Vaxtilə mən də “Qarabağ”da işlədiyim dönəmdə bir ara yığmanın da “sükanı arxasında” olmuşam. Həmin illərdə millinin bu qədər təlim-məşq toplanışları, yoxlama oyunları olmurdu. Ancaq görürdüm ki, fiziki cəhətdən çatdırmaq olmur. Bir də yığma məşqçisi klubda da işləyəndə istər-istəməz daha çox öz oyunçularına diqqət ayırır ki, bu da bəzən narazılığa səbəb olur. İki göz bir nöqtəyə zillənəndə daha çox şey görmək olur, nəinki fikir dağınıq olanda. Həmin vaxt görəndə ki, belə alınmayacaq, qərarımı verdim. Klubdan ayrılıb millini seçdim. Milli məşqçisi kimi artıq boş vaxtım çox olurdu. Çempionat oyunlarını izləmək, Tovuzda, Qazaxda, Gəncədə oynayan oyunçularla görüşmək, onlarla söhbət etmək üçün bölgələrə səfərlər edirdim.
- İctimaiyyət arasında yayılan başqa bir məsələyə də münasibət bildirməyinizi istərdik. Çoxları “nəyə görə AFFA kənarda məşqçi axtarışına çıxdığı vaxtda Məşqçilər Komitəsində təmsil olunan mütəxəssislərdən biri sinəsini irəli verib, millinin çalışdırmaq məsuliyyətini öz üzərinə götürmür” sualını verir.
- Mən sizi çox yaxşı başa düşürəm. Hər şey bizdən asılı deyil axı. Mən indi desəm ki, “bu iş hansısa birimizə tapşırılsın”, pis çıxacaq. Bura Azərbaycandı. O dəqiqə deyəcəklər ki, komitə üzvləri ancaq özlərini düşünürlər, özləri üçün çalışırlar. Heç məni görmüsüz, başqa məşqçi haqda nəsə danışım? Daim həmkar kimi onların tərəfində olmuşam. İstəmirəm ki, ortaya başqa söz-söhbət çıxsın.
- Tutaq ki, Qurban Qurbanovu iki yerdə işlədiyinə, yığmanı Millətlər Liqasının yarımfinalına çıxarmadığına görə işindən uzaqlaşdırdılar. Bəs U-21-in baş məşqçisi olan Rəşad Sadıqov? O ki komandanı seçmə mərhələnin gedişində qəbul etmişdi və bütün planları martda start götürəcək yeni tsikllə bağlı idi.
- Yenə deyirəm, mənim yaşanan proseslərlə bağlı geniş məlumatım yoxdu.
- Bir qədər də premyer-liqa barədə danışaq. Artıq iki dövrə başa çatıb. Mövsümün geridə qalan bölümünü necə dəyərləndirərdiz?
- Sözün düzü, bu il premyer-liqada o qədər də gərginlik hiss olunmur. Çempionluq uğrunda cəmi iki komanda – “Qarabağ” və “Neftçi” mübarizə aparır. Bu rəqəm artıq çox şeydən xəbər verir. Əvvəlki iki-üç ildə yenə “Qəbələ” var idi, müəyyən qədər mübarizəyə rənq qatırdı. Ancaq cari mövsümdə onlar da zəif təsir bağışlayırlar. Yığmamızın güclü olmasını istəyiriksə, ilk növbədə çempionatın səviyyəsini qaldırmalıyıq. Çünki milliyə də futbolçu klublardan gəlir. Bu qanundu. Belədə ölkənin əsas komandasının çalışdırıcısının da işi bir qədər asan olar.
- Bəs çempionatın səviyyəsini qaldırmaq üçün hansı addımlar atılmalıdı? Səviyyəli legionerlər dəvət olunmalıdı, yoxsa elita təmsilçilərinin sayı artırılmalıdı? Hamı ancaq elə bu sözü deyir, çempionatın səviyyəsi artırılmalıdı. Ancaq heç kim konkret danışmır.
- Birincisi, hazırkı durumda heç bir səviyyəli legioner bura gəlməz. Klublarımızın da indi elə imkanı yoxdu ki, kimisə yüksək maaş qarşılığında yoldan çıxara bilsin. İndi ancaq çıxış yolu öz gücümüzə nəsə etməkdi. Komandalarda məşq prosesləri düzgün aparılmalı, məşqçilər öz üzərlərində işləməlidillər.
- Sözünüzdən belə başa düşmək olar ki, ilk növbədə iş başında olan yerli məşqçilərin səviyyəsini qaldırmaq lazımdı...
- Bu gün elita klublarında çalışan məşqçilərin əksəriyyəti cavanlardı. Həvəsləri var, işləmək istəyirlər. Ancaq hər şey həvəslə bitmir. Yaxşı mütəxəssis olmaq üçün ilk növbədə məşqçiyə bilik lazımdı.
- Qış fasiləsindən sonra nə gözləyirsiz? Çempionatda intriqa aratacaq, yoxsa hər şey olduğu kimi davam edəcək?
- Premyer-liqa təmsilçilərinin toplanış üçün qış fasiləsində ölkə xaricinə yollanması müsbət haldı. Ən azı orda başqa ölkələrin klubları ilə yoxlama görüşlərində qüvvələrini sınayıb, əyər-əskiklərini görə biləcəklər. Fasilədən yararlanıb heyətinə əl gəzdirənlər də olacaq. Bu məqamları nəzərə alanda, düşünürəm ki, fevraldan sonra daha maraqlı çempionat izləyə biləcəyik.
RƏŞAD

Son xəbərlər

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Bütün xəbərlər