Vladimir Putinin prezidenti olduğu Rusiyanın hazırda hansı çətinliklərlə üzləşdiyini, ABŞ və Avropa İttifaqına üzv ölkələr tərəindən ticari embarqolarla baş-başa qaldığını, demək olar ki, 7-dən 77-yə hər kəs bilir. Buna baxmayaraq, Putin və komandası özünü sındırmır, Birinci Pyotrun layiqli davamçıları olduqlarını, Rusiyanın əvvəlkitək qüdrətli dövlət olduğunu başda ABŞ olmaqla hamıya, o cümlədən qoca Avropaya sübut etməyə çalışır. Ona müttəfiq olan dövlətləri haqlı-haqsız müdafiə edir, lazım gələndə həmin ölkələrə hərbi dəstək də göstərir. Putin hakimiyyətinin ən çox sevdiyi şüar isə “Russkiye svoix ne brosayut”du. Obrazlı şəkildə bu ifadəni “Ruslar özünküləri yarıyolda qoymur” kimi də tələffüz etmək olar.
Mənim kimi uşaqlığı SSRİ dönəminə təsadüf edən, yaxasına “oktyabryat nişanı” sancan, boynuna qırmızı qalstuk taxan AFFA-nın baş katibi Elxan Məmmədov da şimal qonşularımızın rəhbərliyinin yürütdüyü siyasətdən bəhrələnir, “Putin məktəbi”ndən ilham alır. Və gündəlik işində Putin hakimiyyətinin “Russkiye svoix ne brosayut” prinsipinə əməl etməyə çalışır. Ötən həftənin şənbə günü İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlardan biri bunu bir daha sübut etdi. Toplantıda qəbul olunan 5-ci qərarla yəqin ki, sizlərdə tanışsız. Tanış olmayanlara isə bir daha xatırladım ki, Şahin Diniyevlə Yaşar Vahabzadə bundan sonra fəaliyyətini Məşqçilər Komitəsində davam etdirəcək. O Şahin Diniyev ki, təxminən bir il əvvəl “Kəpəz”də etdiyi “otkatlar”a görə postunu itirdi. O Şahin Diniyev ki, müqavilə ilə 7 min manat almalı olduğu halda, hər ay maaş kartına 10 min 500 manat pul köçürülürdü. Bunu özümdən uydurmuram, danılmaz faktları “Kəpəz”in xanım mühasibi şəxsən özü mənə deyib. Kiməsə maraqlı olsa, təqdim edə bilərəm.
Cəmi 12 aydan sonra Şahin bəyin Məşqçilər Komitəsinə üzv təyin olunması nədən xəbər verir? Bu o deməkdi ki, Diniyev məhz baş katibin xeyir-duası ilə bu addımı atıb, məhz Elxan bəyin xəbəri ola-ola, kartına artıq məbləğin köçürülməsinə göz yumub, ölkənin ən köklü klubunun çökməsində iştirak edib. İndi siz mənə deyin, bütün bu biabırçılıqlardan sonra Diniyev Məşqçilər Komitəsinin üzvü kimi gənc həmkarlarına nə məsləhət verəcək, onlara uğur qazanmaq üçün hansı yolları tövsiyə edəcək? Və yaxud gənc məşqçilər, bu sahədə ilk addımlarını atanlar Şahin bəydən nə öyrənəcəklər? Ancaq onu da qınamıram. Çünki müasir Azərbaycan futbolu məhz “otkat” üzərində qurulub. Kimlər ki (Qurban Qurbanovun timsalında bunu gördük) bu işləri bacarmırlar, onlara ölkə futbolunda yer yoxdu. Ya bu işdə püxtələşib axına qoşulmalısan, ya da kənarda qalmalısan. Yəqin ki, Məmmədov da Şahin bəyi yenidən komitəyə qaytarmaqla yeni yetişən məşqçilərə bu yöndə dərs keçməyi tapşırıb. Necə deyərlər, partkomu Şirzad olanın... Diniyevin yenidən AFFA-nın 4-cü mərtəbəsindəki otağa qayıtması onu da sübut edir ki, baş katib Putin kimi “özünküləri yarıyolda qoymur”. Ona sədaqətlə xidmət edənləri gec-tez mükafatlandırır.

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər