Dani Kintana (Qarabağ)
“Keşlə” ilə görüşdə Mahir Mədətovun etdiyini “Zirə” ilə matçda “Qarabağ”ın digər oyunçusu Dani Kintana təkrarladı. Belə ki, ispan yarımmüdafiəçi mövsümün ikinci het-trikinə imza atdı. Özünün də açıqlamasına görə, karyerasında ilk dəfə bir oyunda üç qol vurur. Texnikası və qapıya qarşısıalınmaz zərbələri ilə seçilən yarımüdafiəçinin bir müddət zədəli olması komandasının da ziyanına işləmişdi. Artıq əvvəlki formasını bərpa edən Kintana “Qarabağ”ın “Zirə” üzərində böyükhesablı qələbəsində əsas pay sahibi oldu.