Sizin reklam burada

Qurban Qurbanov yığmadan getdi

Title
Qurban Qurbanov yığmadan getdi
İK Hakimlər Komitəsinin tərkibini təsdiq etdi
Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi. Toplantı səhər saat 11-də başalamalı olsa da, komitə üzvləri təxminən 35 dəqiqə xarici işlər naziri Elmar Məmmədyarovu gözləmək məcburiyyətində qaldı. Ona qədər isə İK-nın 11 üzvündən 10-u artıq iclasın keçiriləcəyi məkanda öz yerini tutmuşdu. Təxminən 2 saat çəkən toplantıda
aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olundu:
1. Azərbaycan millisinin son 1 ildə göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ”da fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.
2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.
3. Lisenziya iddiaçısı olan klublar "Maliyyə məlumatları”nda "Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə "Digər xərclər” kimi göstərilməlidi. "Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdı.
4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Hakimlər Komitəsinin sədri
Frits Stuxlik
Üzvlər
Vüsal Əliyev
Ömər Paşayev
Anar Salmanov
Elçin Məmmədov
Departament rəhbəri
Cavid Cəlilov
Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov
Fitnes məşqçi
Namiq Quliyev
5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.