Sizin reklam burada

“Qış çempionu” bu gün bəlli olacaq

Baxış Sayı:644

“Qış çempionu” bu gün bəlli olacaq
Bu gün birinci divizionda 13-cü turun oyunları keçiriləcək. Beləliklə, mövsüm yarılanacaq və komandalar qış fasiləsinə yollanacaq. İlin son turunun bütün görüşləri bir günə sığacaq. Hətta oyunların əksəriyyəti eyni saatda start götürəcək. Yalnız “Neftçi-2” – “Zaqatala” matçı yarım saat gec – 14.30-da başlayacaq. Başqa sözlə, ilk dövrəyə “ASK Arena”da yekun vurulacaq. “Qış çempionu”nun kimliyinə də məhz bu gün aydınlıq gələcək. Lider MOİK səfərdə ötən həftə kubokda “Sumqayıt”a böyük hesabla yenilən “Qaradağ Lökbatan”a uduzsa, “Sumqayıt-2” fasiləyə ilk pillədə yollanmaq şansı qazanacaq. Hər halda, “gənclik şəhəri” təmsilçisinin rəqibi zəifdi. Elbrus Məmmədovun komandası aşkar autsayder “Zirə-2”ni sınağa çəkəcək. Qalan oyunlara gəlincə, “Şüvəlan” kubokun 1/8 final mərhələsində uduzduğu “Keşlə”nin əvəzedicilərini, “Səbail-2” “Turan Tovuz”u, “Ağsu” “Kəpəz”i, “Qarabağ-2” isə “Sabah-2”ni sınağa çəkəcək.
Birinci divizion
1-ci dövrə, 13-cü tur
10 dekabr
Şüvəlan – Keşlə-2
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Vüqar Bayramov, Zöhrab Abbasov, Etibar Həsənov.
Hakim-inspektor: Akif Əliyev.
AFFA nümayəndəsi: Samir Kərəmov.
Şüvəlan. AZAL Arena. Saat 14.00
Sumqayıt-2 – Zirə-2
Hakimlər: KAMAL UMUDLU, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Sumqayıt. Kapital Bank Arena, ehtiyat meydança. Saat 14.00
Səbail-2 – Turan Tovuz
Hakimlər: RAUF ALLAHVERDIYEV, Qəzənfər Məmmədov, Müslüm Əliyev, Kərim Kərimov.
Hakim-inspektor: Vasif Məmmədov.
AFFA nümayəndəsi: Rəhman Tağıyev.
Bakı. Bayıl Arena. Saat 14.00
Ağsu – Kəpəz
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Səbuhi Əmrahov, Elman Kərimov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
Ağsu. Şəhər stadionu. Saat 14.00
Qarabağ-2 – Sabah-2
Hakimlər: NİCAT İSMAYILLI, Nahid Əliyev, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
Suraxanı. Azərsun Arena. Saat 14.00
MOİK – Qaradağ Lökbatan
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elxan Əsgərzadə, Ruslan Quliyev, Eldar Qorxmazov.
Hakim-inspektor: Ülviyyə Mustafayeva.
AFFA nümayəndəsi: Şakir Əmrahov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00
Neftçi-2 – Zaqatala
Hakimlər: RAMİL ƏHMƏDOV, Pərvin Talıbov, Ruslan Nəsibov, Cahangir Yusifzadə.
Hakim-inspektor: Əvəz Şıxıyev.
AFFA nümayəndəsi: Sahib Əliyev.
Bakı. ASK Arena. Saat 14.30
1. MOİK 12 9 2 1 21-9 29
2. Sumqayıt-2 12 9 0 3 25-10 27
3. Neftçi-2 12 7 2 3 14-12 23
4. Şüvəlan 12 5 5 2 16-13 20
5. Sabah-2 12 5 4 3 12-6 19
6. Zaqatala 12 4 6 2 19-11 18
7. Qaradağ Lökbatan 12 5 2 5 11-14 17
8. Keşlə-2 12 5 2 5 20-16 17
9. Qarabağ-2 12 5 2 5 21-15 17
10. Turan Tovuz 12 4 1 7 16-20 13
11. Kəpəz 12 2 4 6 7-14 10
12. Səbail-2 12 3 1 8 9-25 10
13. Ağsu 12 2 3 7 9-23 9
14. Zirə-2 12 2 0 10 11-23 6
Bombardirlər: Cavad Kazımov (Zaqatala), Elvin Nəsibov (Sumqayıt-2) – 8, Raul Yaqubzadə (MOİK) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turda "Səbail-2"yə, 10-cu turda isə "Zirə-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR