Qış “transfer pəncərəsi” açılmasa da, “Neftçi” növbəti transferi reallaşdırıb. Paytaxt klubu seneqallı Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisi "ağ-qaralar"ın heyətində “3” nömrəli formanı geyəcək. Sonuncu klubu "Jalgiris” (Litva, 2016-18) olan Mboc "Dakar Sakre Kour” (Seneqal, 2011-14), "Srvena Zvezda” (Serbiya, 2014-16), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 yığmaların şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlamışdı.