Dünən futzal üzrə birinci liqada 13-cü tur start götürüb. İki günə sığacaq turun ilk oyun günü 4 matç baş tutub. Autsayderlər mövqeyində qərarlaşan “Abşeron”la “Ulduz”un duelindən ikincilər qalib ayrılıb. Eşitmə qüsurlu futzalçılardan ibarət komanda rəqibini 5 top fərqi ilə üstələyib. Lider ADBTİA isə “Çinar Cəbrayıl”ın daşını daş üstə qoymayıb. “Quru hesab”la, həm də ikirəqəmli həddə çatan fərqlə qalib gələn “idmançı tələbələr” məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdıraraq zirvədə möhkəmlənib. Batumi turnirində iştirak etdiyinə görə ötən turda “Baku Fans”la görüşü təxirə salınan “Baku Fire” isə bu dəfə də oynamaq imkanından məhrum olub. “Şərq” oyuna gəlməyib. Beləliklə, “Bakı alovu” 2-ci pilləni ələ keçirmək, potensial şərikli liderliyini davam etdirmək şansını hələlik əldən verib. Amma böyük ölçüdə İntizam Komitəzi "Şərq"ə texniki məğlubiyyət verəcək.
Nəhayət, günə AZMİU – “Green Log” qarşılaşması ilə yekun vurulub. İlk “altılıq”da qərarlaşan komandaların dueli gərginliyi ilə diqqəti çəkib və birincilərin xeyrinə başa çatıb. "Tələbələr" rəqibini minimal hesabla üstələyib.
Turun nəticələrini nəzərinizə çatdırırıq: Abşeron – Ulduz 2:7, ADBTİA – Çinar Cəbrayıl 19:0, Baku Fire - Şərq ???, AZMİU - Green Log ???.
Tura bu gün yekun vurulacaq:
8 dekabr
18.00 Zəngilan - Yasamal-B
Hakimlər: Yusif Hüseynov, Azad Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
19.00 Standard - Baku Fans
Hakimlər: Azad Hüseynov, Yusif Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
20.00 U-19 - Sovetski
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
21.00 Füzuli - Metropoliten
Hakimlər: Rahin Heybətov, Hikmət Qafarlı.
Hakim-inspektor: Əvəz Şıxıyev.
1. ADBTİA 13 12 1 0 131-13 37
2. Standard 12 11 0 1 126-30 33
3. Baku Fire 11 10 1 0 87-16 31
4. AZMİU 13 9 1 3 87-47 28
5. Zəngilan 12 8 0 4 61-44 24
6. Green Log 13 7 1 5 66-45 22
7. U-19 12 6 2 4 82-36 20
8. Baku Fans 11 6 1 4 58-31 19
9. Metropoliten 12 5 2 5 59-73 17
10. Yasamal-B 12 5 1 6 48-51 16
11. Şərq 12 3 2 7 35-99 11
12. Füzuli 12 3 1 8 30-102 10
13. Ulduz 13 3 0 10 56-80 9
14. Abşeron 13 1 1 11 50-134 4
15. Çinar Cəbrayıl 13 1 1 11 35-114 4
16. Sovetski 12 0 1 11 28-114 1