
“Qurbanov "Qarabağ"ın oyun üslubunu milliyə də aşılamaq istəyir, buna çalışır”
"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib. Yarımmüdafiəçi AÇ-2020-nin seçmə mərhələsində eyni qrupda yer alan Xorvatiya və Azərbaycan yığmalarının qarşıdakı oyunları haqda fikrini bölüşüb.
- Azərbaycan millisi necə komandadı?
- Real danışsaq, Xorvatiya yığması qat-qat güclüdü. Nəticələr də bunu deməyə əsas verir. Buna baxmayaraq, xorvatlara asan olmayacaq. Qarşılaşma yetərincə sərt mübarizə şəraitində keçəcək.
- Bu yığma necə futbol oynayır?
- Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında müdafiə olunmayacaq, yerində dayanmayacaq. Onlar qol vurmağı və bunu imkan daxilində daha çox etməyi sevirlər.
- Baş məşqçiləri haqda nə deyə bilərsən?
- Qurban Qurbanov "Qarabağ"la əla nəticələr qazanıb, yaxında isə yığmanı da götürüb. "Qarabağ"ın oyun üslubunu milliyə də aşılamaq istəyir, buna çalışır. Ancaq buna vaxt lazımdı.
- Xorvatiya millisi bu oyun üslubuna uyğun gələcək?
- Bəli. Açıq futbolu təbliğ edən komandalara qarşı oynamağı sevirik. Maraqlı qarşılşamalar olacaq.