
Ölkə futbolu
674
5.12.2018, 12:42
“Zirə”nin şikayəti rədd olundu
Dünən AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Qurumun üzvləri “Zirə-2”nin şikayətinə baxıb və divizion təmsilçisinə rədd cavabı verib. Beləliklə, AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il tarixli, 1-ci divizionun 10-cu turu çərçivəsində keçirilən “Turan Tovuz" - "Zirə-2” oyunu başlamazdan əvvəl qonaqlar tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesablı məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması haqda qərarı qüvvədə saxlanılıb.