Sizin reklam burada

"Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi

Baxış Sayı:481

"Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi
Kane ilə üçillik müqavilə imzalandı
Premyer-liqanın 13-cü turunun “Sabah” - "Neftçi" görüşündə xoşa gəlməz olayların yaşandığını bilirsiz. "Ağ-qaralar" dünən başverənlərlə bağlı bəyanat yayıb: “Neftçi” olaraq bəyan edirik ki, “Sabah”la oyunda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün “Neftçi” azarkeşlərini təmsil etmir. Komandamızın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardı. Onlar daim meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. “Neftçi” ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq.
“Neftçi” stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdı. Bu cür davranış ilk növbədə komandamızın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. “Neftçi” azarkeşlərini meydanda nə baş verməsindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, həmişə sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik. “Neftçi” hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi “Neftçi” üçün buna əməl etməyə dəvət edirik.
“Neftçi” olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən dünənki oyunda “Əlincə Arena”ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırıq. Eyni zamanda, fanatlarımıza müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, “Neftçi”yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.
Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, “Neftçi” rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik”.
Bu arada "Neftçi” heyətini gücləndirmək baxımından növbəti addımı atıb. Vətəni Qvineyada istedadı ilə seçilən futboçulardan olan Mamadu Kane ilə üçillik müqavilə bağlanıb. Oktyabrın 15-dən "Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidi. O, "ağ-qaralar"ın heyətində "36" nömrəli formanı geyəcək. Qeyd edək ki, bundan əvvəl Qvineyada "Kaloum Star”ın üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək millisinin formasını geyib və dünya çempionatında iştirak edib
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR