FİDE şahmatçıların reytinq cədvəlini açıqlayıb. Təmsilçilərimizdən 9-u ilk “yüzlük”də yer alıb. Onlardan 6-sı kişi, 3-ü xanım şahmatçıdı. Yığmanın lideri Şəhriyar Məmmədyarov 2817 əmsalla ötən ay olduğu kimi yenə üçüncüdü. Onu norveçli Maqnus Karlson (2835) və ABŞ təmsilçisi Fabiano Karuana (2832) qabaqlayır. Hesabında 2757 əmsal olan Teymur Rəcəbov 14-cü pillədəki mövqeyini qoruyub. Arkadi Naydiçin (2736) də mövqeyi dəyişməyib - 20-ci yer. 2703 əmsala malik Rauf Məmmədov iki pillə geriləyib və siyahıda 42-cıdı. Yenə 72-ci olan Eltac Səfərlinin əmsalı 2671-ə bərabərdi. Qədir Hüseynov (2664) da 82-ci pillədəki yerini qoruyub.
Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədi. 2422 əmsala malik yığmanın lideri 1 pillə geriləyib və hazırda 47-cidi. 2397 əmsalla 62-ci olan Xanım Balacayeva isə əksinə, 1 pillə irəliləyib. İkİ pillə geriləyən Gülnar Məmmədova (2368) 99-cudu. Qadın şahmatçıların siyahısına çinli Yifan Hou (2662) başçılıq edir.