Sizin reklam burada

AMADA-dan növbəti cəzalar

Baxış Sayı:780

AMADA-dan növbəti cəzalar
Daha 5 idmançı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaydığı məlumata görə, bunlar güləşçilər Azər Hüseynov və Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanovdu. Adı çəkilənlərdən götürülən nümunələrdə istifadəsi qadağan olunan maddələr və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Nəbi Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib və gələn il iyulun 30-da bitəcək. Osman Qəhrəmanovda meldonium və tuaminoheptan aşkarlanıb. O, 2017-ci il iyulun 12-dən hesablanmaqla 24 aylıq cəzalandırılıb. Orqanizmindən meldonium aşkarlanan Zaman Piriverdiyev bu il martın 6-dan hesablanmaqla 42 aylıq diskvalifikasiya olunub. Azər Hüseynov metasteron və drostanolon, Cavid Feyziyev stanozolol qəbul edib. Hər iki güləşçi bu il yanvarın 18-dən hesablanmaqla 48 aylıq cəzalandırılıb.
Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR