Bu gün Topaz premyer-liqasında 13-cü tura yekun vurulacaq. Şənbə günü start götürən, qış fasiləsi ərəfəsində sonuncudan əvvəlki turun həftəsonuna sığmayıb bazar ertəsinə qədər davam etməsi “Qarabağ”ın istəyi nəticəsində baş verdi. Ağdamlıların PFL-ə müraciətinə və bakılıların razılıq məktubuna əsasən “Keşlə” ilə görüşün vaxtı dəyişdirildi. “Qarabağ”ın və millinin baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmaq məqsədi ilə Dublinə yollanmışdı.
Onu da əlavə edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 13-cü tur
3 dekabr
52. Qarabağ – Keşlə
Hakimlər: ALİK YUNUSOV, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 26:+15=8-3, 33-12.
1999/2000 - 2:0; 2000/01 - 3:0; 2003/04 - 3:1; 2004/05 - 3:1; 2005/06 - 1:0; 2006/07 - 0:1; 2007/08 - 0:1; 2008/09 - 1:1; 2009/10 - 1:1, 1:1; 2010/11 - 1:0, 1:0; 2011/12 - 1:0, 1:0; 2012/13 - 0:0, 3:2; 2013/14 - 2:0, 4:1; 2014/15 - 0:0, 0:0; 2015/16 - 1:0, 2:0; 2016/17 – 0:0, 0:1; 2017/18 – 1:0, 1:1.
Cəzalılar: Yakub Jezniçak (Qarabağ), Sərtan Taşkın (Keşlə).
“Futbol+”in proqnozu: 40-35-25
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00
Beləliklə, AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına görə bir gün gec keçiriləcək matçda “Qarabağ”la “Keşlə” münasibətlərinə aydınlıq gətirəcək. Oyun şənbə gününə kimi “qış çempionluğu” baxımından prinsipial sayılırdı. Belə ki, “Neftçi” “Sabah”a uduzsaydı, ağdamlılar mövsümü ilk sırada bitirmək şansını son tura saxlayacaqdı. Ancaq bu baş vermədi. Turun bağlanış matçı, eləcə də gələn həftə keçiriləcək ilin son turu liderin mövqeyinə təsir etməyəcək. İkinci sırada olan “Qarabağ” artıq “Neftçi”dən 8 xal geridədi. Ağdamlılar bugünkü görüş də daxil olmaqla, qış fasiləsinədək keçirəcəyi hər iki matçda qalib gəlsə də, ölkənin ən titullu klubuna çatmayacaq. Sonuncu dəfə 2011-ci ildə - 2011/12 mövsümünün gedişində fasiləyə zirvədə yollanan “Neftçi” 7 ildən sonra “qış çempionu” oldu. 2012-ci ildə “İnter”, son 5 ildə isə “Qarabağ” yeni ili lider kimi qarşılamışdı. Ağdamlılar ardıcıl “qış çempionluqları”nı mövsümün sonundakı qızıl medallara qədər daşımışdı.Bu o deməkdi ki, Qurban Qurbanovun yetirmələri bundan sonra ancaq liderlə fərqi azaltmaq üçün çalışmalıdı.
Qurban Qurbanovun Tərlan Əhmədovla xüsusi haqq-hesabı var. Mladen Milinkoviçin boşaltdığı posta gətirilən Əhmədov oktyabrın 31-də “Keşlə”nin baş məşqçisi kimi ilk oyununu məhz “Qarabağ”a qarşı keçirmişdi. Həmin oyun 7-ci turdan təxirə salınmışdı. Hər kəs paytaxt təmsilçisinin uduzacağını proqnozlaşdırsa da, Tərlan Əhmədov debütdə çempiondan xal almağı bacarmışdı. 1:1 hesabıyla bitən oyundan sonra “Qarabağ” “Neftçi”dən 5 xal geri düşmüşdü. Bundan başqa, Əhmədov millinin Kosovoya yenilgisindən sonra “keçmiş dövr”dən danışaraq öz dönəminin millisini üstün tutmuş, bir növ Qurbanovun “bostanına daş atmışdı”. Hətta millinin və “Qarabağ”ın çalışdırıcısı həmkarının bu atmacasına münasibət bildirməli olmuşdu. Daha bir prinsipial məqam Kamran Ağayevlə bağlıdı. Onun zədəsinin ciddi olmadığı və Priştinaya bilərəkdən getmədiyi yönündə müzakirələr var idi. Ancaq təcrübəli qapıçı ötən turda oynamadı. Onun bugünkü qarşılaşmada “çərçivə”də dayanması da sual altındadı.
İtkilərdən söz düşmüşkən, qeyd edək ki, “Qarabağ” bu günYakub Jezniçakın, “Keşlə” isə Sərtan Taşkının xidmətindən yararlana bilməyəcək. Hər iki müdafiəçi ötən tur aldığı sarı vərəqəylə cəzalı duruma düşüb.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Qarabağ – Keşlə 1.10 4.35 14.00 – – 3.32 – – 862
1. Neftçi 13 10 2 1 26-10 32
2. Qarabağ 12 7 3 2 21-13 24
3. Səbail 13 6 2 5 16-14 20
4. Sabah 13 5 2 6 11-18 17
5. Qəbələ 12 4 3 5 17-18 15
6. Sumqayıt 13 4 2 7 13-20 14
7. Keşlə 12 2 3 7 13-17 9
8. Zirə 12 2 3 7 12-19 9
Bombardirlər: Baqali Dabo (Neftçi) - 7, Ceyms Adeniyi (Qəbələ), Marko Deviç (Sabah), Mirabdulla Abbasov (Neftçi) - 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.