Vaxt var idi, “Azərreyl”in adı gələndə göydə quş qanad, yerdə qatır dırnaq salardı. Vaxt var idi, “Azərreyl” qitə voleybolunda dəbi müəyyənləşdirən 5-6 klubdan biri idi. Vaxt var idi, “Azərreyl”in heyətində öz ölkələrinin yığmalarının şərəfini qoruyan ulduz voleybolçular tər tökərdi. Vaxt var idi, “Azərreyl” Avropanın istənilən nöqtəsində hazırlıq keçərdi. Vaxt var idi, “Azərreyl”in arxasında böyük azarkeş kütləsi dayanardı. Vaxt var idi, “Azərreyl”in “sükanı arxasında” Faiq Qarayev kimi xarizmatik mütəxəssis dayanardı. Vaxt var idi, “Azərreyl” qitə kuboku qazanar, daim ÇL-in qrupunda, bu turnirin pley-offunda, hətta “dördlər finalı”nda boy göstərərdi. Vaxt var idi...
Dövr dəyişib, acımasızcasına dəyişib. Keçmiş zamanda danışmağım bugünün reallığından irəli gəlir. ÇL-in daimi iştirakçısı olan komandanın səsi indi “Çağırış” kubokundan gəlir. Astadan, zəif, xırıltılı... Gör dünyanın harasıdı ki, “Azərreyl” bu turnirin 1/16 finalında mübarizəni dayandırır. Özü də son illərdə qitə voleybolunun xəritəsində böyük nöqtə sayılmayan bir rəqib qarşısında “ağ bayraq qaldırmaqla”. “Hermes”! Bu adı yadınızda saxlayın, beyninizin bir guşəsinə həkk edin. Və bir anlıq dönüb geriyə baxın, az öncə sadaladığım parlaq nöqtələri lent kimi gözünüzün önündə canlandırın. Tanrım, nə günlərə qaldıq biz, hardan hara gəldik?!
Baş məşqçi Famil Ağayevi qınamıram, bu fikirdən çox-çox uzağam. Bir sadə məntiqlə ki, “Azərreyl”in Ostendedə qaldırdığı “ağ bayrağ”a baxmaq bəs edir. Hər şey yazılıb orda. Sadəcə, diqqətlə baxmaq və qara notlar üzərində köklənən sətirləri oxumaq tələb olunur adamdan. Özünüzə əziyyət vermək istəmirsizsə, diqqətiniz məndə olsun, oxuduqlarımı sizinlə bölüşüm. “Azərreyl”in Avropanın göbəyində açdığı, üsyan rəmzi kimi qəbul etdiyim “ağ bayrağ”ın üzərində yazılan ilk cümlə belə səslənir: “2019-cu il gəlir, əksər ölkələrdə daxili yarışlar ekvatora yaxınlaşsa da, bizdə mövsümün cizgiləri belə bəlli deyil”. Bildiyim qədər federasiya hələ də daxili imkanları hesabına komandalar formalaşdırmaqla məşğuldu. Hansısa nazirliyin boynuna qoya bilsələr, 1-2 əlavə iştirakçı da bu yolla cəlb olunacaq. Daha sonra heyətin yetərsizliyi, komandanın təcrübəsiz voleybolçuların ümidinə qaldığı, legioner dəstəyindən mərhum olduğu və sair qeyd olunub: “Biz axı düz-əməlli təlim-məşq toplanışı keçmədən “Çağırış” kubokuna qatıldıq. Heç normal rəqiblə yoxlama oyununda gücümüzü sınamadıq”. Bununla kifayətlənsək, bəs edər? Məncə, hə. Şikayət dolu, problemləri, acı reallıqları özündə ehtiva edən sonrakı sətirləri sadalamaqla başınızı ağrıtmaq istəmirəm. Axı görünən dağa nə bələdçi. Komanda imkansızlıq üzündən hər iki oyunu səfərdə (!) - yatsam, bunu yuxumda da görməzdim - keçirməyə razılıq verirsə, Ostendedə 1 set belə qazana bilmirsə, ilk görüşdə 69, cavab matçında 58 dəqiqəyə “ağ bayraq qaldırırsa”, ən məhsuldar voleybolçumuz Yana Əzimova iki oyuna 24 xal qazanırsa, əlavə şərhə ehtiyac qalmır. Vaxt var idi, Natalya Məmmədova və Polina Rəhimova təkbaşına iki seti hesabına yazırdı... “Azərreyl”in öz rəngləri ilə Ostendedə qaldırdığı bayrağın rəngi də uyğun deyil...

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər