Sizin reklam burada

Lider büdrədi, izləyicisi fərqi 2-yə endirdi

Baxış Sayı:522

Lider büdrədi, izləyicisi fərqi 2-yə endirdi
Dünən birinci divizionda 12-ci tura yekun vuruldu. İki günə sığan turun ikinci oyun günündə 4 görüş baş tutdu. Mərkəzi oyunda lider MOİK-lə inamlı çıxışı ilə diqqət çəkən “Zaqatala” üz-üzə gəldi. Azər Bağırovun komandası çox çalışsa da, səfərdə rəqibin müqavimətini qıra bilmədi və beləliklə, xal itkisi ilə barışmalı oldu. Zaqataladakı oyunun nəticəsi daha çox “Sumqayıt-2”nin işinə yaradı. Elbrus Məmmədovun komandası Tovuzda inamlı qələbə qazanaraq, 3 xalla döndü. “Turan Tovuz”un qapısına hər hissədə bir dəfə yol tapan “gənclik şəhəri” təmsilçisi bu qələbə sayəsində liderlə xal fərqini əlçatana endirdi. Hazırda MOİK-lə ən yaxın izləyicisini cəmi 2 xal ayırır.
İlk dövrədə sonuncudan əvvəlki tur “Kəpəz”in də sevinməsi ilə əlamətdar oldu. Qərb təmsilçisi “Səbail”in əvəzedicilərini əliboş yola salmağı bacardı. Beləliklə, cari mövsümdə 2-ci qələbəsini də doğma azarkeşlər önündə əldə edən “Kəpəz”3 xal qazandıran yeganə qolun müəllifi Ziyabil Məmmədov oldu. Bu qələbə “sarı-göylər”in turnir mövqeyində dəyişikliyə səbəb oldu. Belə ki, komanda iki pillə irəliləyərək, 11-ci yerə yüksəldi.
Nəhayət, turun son qarşılaşmasında “Zirə-2” ilə “Şüvəlan” münasibətlərinə aydınlıq gətirdi. İddialılardan olan şüvəlanlılar aşkar autsayderi çətinliklə də olsa, məğlub etməyi bacardı. İlk yarısı qollu heç-heçə bitən görüşdə qələbə topunu ikinci hissənin ortalarında vuran Aqil Nəbiyevin komandası turnir cədvəlində 4-cü pilləyə qalxdı. “Şüvəlan”ı ilk “üçlük”dən cəmi 3 xal ayırır.
Onu da qeyd edək ki, divizionda ilk dövrəyə dekabrın 10-da yekun vurulacaq. Ongünlük fasilə məhz gələn həftə baş tutacaq kubok oyunları ilə bağlıdı. Ancaq bazaar ertəsi çempionatda 1 oyun olacaq. Belə ki, ayın 3-də 10-cu turdan təxirə salınmış “Neftçi-2” – “Qarabağ-2” oyunu keçiriləcək. “ASK Arena”da baş tutacaq “kiçik derbi” saat 14.30-da start götürəcək.
Birinci divizion
1-ci dövrə, 12-ci tur
30 noyabr
Zaqatala - MOİK 0:0
Turan Tovuz - Sumqayıt-2 0:2
Baxşəli Baxşəliyev, 25. Tural Bayramlı, 90+2.
Kəpəz - Səbail-2 1:0
Ziyabil Məmmədov, 16.
Zirə-2 - Şüvəlan 1:2
Tapdıq Əhmədov, 45+2-p. - Əzəmət Ələkbərli, 30. Rəhman Musayev, 71.
Turun qalan oyunlarının nəticələri: Keşlə-2 – Neftçi-2 3:1 (Elmir Rəhimzadə, 21; 73. Emin Quliyev, 64 – Hüseyn Hüseynzadə, 75), Qaradağ Lökbatan – Qarabağ-2 1:0 (Bəhruz Teymurov, 31), Sabah-2 – Ağsu 4:0 (Tural Qürbətov, 30. Tural Nəsirov, 42; 51. Tolqar Yaqubov, 47).

1. MOİK 12 9 2 1 21-9 29
2. Sumqayıt-2 12 9 0 3 25-10 27
3. Neftçi-2 11 7 2 2 14-9 23
4. Şüvəlan 12 5 5 2 16-13 20
5. Sabah-2 12 5 4 3 12-6 19
6. Zaqatala 12 4 6 2 19-11 18
7. Keşlə-2 12 5 2 5 20-16 17
8. Qaradağ Lökbatan 12 5 2 5 11-14 17
9. Qarabağ-2 11 4 2 5 18-15 14
10. Turan Tovuz 12 4 1 7 16-20 13
11. Kəpəz 12 2 4 6 7-14 10
12. Səbail-2 12 3 1 8 9-25 10
13. Ağsu 12 2 3 7 9-23 9
14. Zirə-2 12 2 0 10 11-23 6
Bombardirlər: Cavad Kazımov (Zaqatala), Elvin Nəsibov (Sumqayıt-2) – 8, Raul Yaqubzadə (MOİK) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən, 6-cı və 8-ci turlarda "Səbail-2"-yə, 10-cu turda isə "Zirə-2"-yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR