Sizin reklam burada

"Keşlə"nin futbolçusu ölümdən döndü

Baxış Sayı:526

"Keşlə"nin futbolçusu ölümdən döndü
Səbuhi Məmmədov: "Alnındakı batıq daha da dərinləşsə, əməliyyata ehtiyac olacaq"
Birinci divizionun 12-ci turunun "Keşlə-2" - "Neftçi-2" (3:1) matçında xoşagəlməz hadisə yaşanıb. Meydan sahiblərinin futbolçusu Şirməhəmməd Məmmədov qarşılaşmanın əvvəlində oyun epizodu zamanı müvazinətini saxlaya bilməyərək, meydançadan kənara çıxıb. Bu zaman onun başı yan xətt hakimi Elmin Süleymanovun dizinə dəyib. Bir müddət meydandan kənarda həkim nəzarətində olan futbolçu yenidən oyuna qayıdıb. Amma 40-cı dəqiqədə qırmızı vərəqə alaraq, baş hakim İnqilab Məmmədov tərəfindən meydandan qovulub. Paltardəyişmə otağına yollanan futbolçu yenidən özünü yaxşı hiss etməyib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Müayinə zamanı onun kəllə-beyin zədəsi aldığı məlum olub. İddiaya görə, Şirməhəmməd Məmmədovun alın sümüyündə sınıq aşkar olunub. Onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı deyilir. Futbolçunun son durumuyla bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq: "Mən oyunu izləyirdim. Mübarizə zamanı müvazinətini saxlaya bilmədi, meydandan kənara çıxdı. Həmin an başı yan xətt hakiminin - deyəsən, Elmin Süleymanov idi - dizinə dəydi. Həkimlər baxdı, sonra meydana qayıtdı. Ancaq elə o anda sarı vərəqə aldı. İnqilab Məmmədov onun icazəsi olmadan meydana girməsini vərəqə ilə dəyərləndirdi. Təxminən 5-6 dəqiqə sonra isə qayda pozuntusuna görə ikinci dəfə xəbərdarlıq edib meydandan kənarlaşdırdı. Qırmızı vərəqə aldıqdan sonra paltardəyişmə otağına getdi. Orda özünü pis hiss edib. Burnundan qan yenidən axmağa başlayıb, tez aparıblar həkimə. O, "Baku Medical Plaza"ya aparılıb. Alın hissəsində batıq əmələ gəlib. Zərbə güclü olub. Batıq daha da dərinləşərsə, əməliyyata ehtiyac olacaq. O, hazırda evdədi. Həkimlərin göstərişinə əsasən 10-15 gün istirahət etməlidi".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR