Milli Avropa çempionatını iki medalla başa vurdu

21.08.2026 23:47 2
İdman
Boks üzrə U-19 millimiz Avropa çempionatını iki medalla başa vurub.

"Football-plus.az" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Əli Baxışov yarışı gümüş medalla tamamlayıb.

Bununla da yığmamızın Serbiyanın Loznitsa şəhərində keçirilən qitə birinciliyində qazandığı medalların sayı ikiyə çatıb.

Baxışovdan əvvəl Banuçiçək Nəsirli 48 kq çəki dərəcəsində bürünc medala sahib olub.

Beləliklə, 35 ölkədən 354 boksçunun qatıldığı U-19 Avropa çempionatında Azərbaycan millisi bir gümüş və bir bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul