Həftəiçi UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Cümə axşamı baş tutan qarşılaşmalardan sonra qitə futbol qurumu ölkələrin əmsallar cədvəlini yeniləyib. Təəssüf ki, ötən turda “Vorskla” səfərindən qalib dönməklə növbəti dəfə reytinqimizə töhfə verən “Qarabağ” bu dəfə “xal üstə xal” gətirə bilmədi. Nəticədə Portuqaliya “Sportinq”inə böyük hesablı (1:6) yenilgi ilə Polşanı keçmək imkanı əldən verildi. Beləliklə, mövqeyimiz dəyişməz qalıb. Ölkəmiz siyahıda 26-cı yerdədi. Polşadan 0,250 əmsal geri qalan Azərbaycan İsraili 0,375 fərqlə qabaqlayır. Əmsal hesabı dəyişməyən Azərbaycanın cari mövsümdəki qazancı 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000-a bərabərdi.
Ümumiyyətlə, Avroliqadakı son 24 qarşılaşma əmsallar cədvəlində cəmi bir dəyişikliyə səbəb olub. Mövqe dəyişikliyi yalnız Slovakiya ilə və Sloveniya arasında olub. Sonuncular 30-cu pilləni əldən verib.
sıra ölkə 2014/15 2015/16 2016/17 2017/18 2018/19 cəmi qatılan/qalan
...20. Şotlandiya 4.000 3.000 4.375 4.000 6.750 22.125 4/2
21. Belarus 5.500 5.125 3.000 3.250 4.000 20.875 4/1
22. İsveç 3.900 4.750 2.750 5.375 3.625 20.400 4/1
23. Norveç 2.200 7.250 1.375 4.000 5.125 19.950 4/2
24. Qazaxıstan 3.375 4.625 2.750 4.250 4.250 19.250 4/1
25. Polşa 4.750 5.500 3.875 2.875 2.250 19.250 4
26. AZƏRBAYCAN 3.625 4.375 4.250 4.375 2.375 19.000 4/1
27. İsrail 1.375 2.250 6.750 5.625 2.625 18.625 4
28. Bolqarıstan 4.250 1.000 4.250 4.000 3.750 17.250 4/1
29. Rumıniya 5.125 2.250 3.300 2.900 2.375 15.950 4
30. Slovakiya 2.750 3.750 2.125 1.875 4.625 15.125 4/1