Sizin reklam burada

Meydan sahibləri üçün uğurlu gün

Baxış Sayı:559

Meydan sahibləri üçün uğurlu gün
Dünən birinci divizionda 12-ci tura start verilib. Turun ilk oyun günündə 3 matç baş tutub və hamısında meydan sahibləri sevinən tərəf olub. “Keşlə” və “Neftçi”nin əvəzedicilərinin duelində meydan sahibləri inamlı qələbə qazanıb. Maraqlıdı ki, 1:0-dan sonra azlıqda qalan “Keşlə-2” 10 nəfərlə daha iki qol vurub. Beləliklə, “ağ-qaralar” azı bir günlük 2-ci yerə yüksəlmək şansından yararlana bilməyib. “Qaradağ Lökbatan” isə “Qarabağ-2”ni qəbul edib. Eyni xalla 7-9-cu yerləri bölüşən komandaların mübarizəsindən lökbatanlılar qalib ayrılıb. Qarşılaşmanın taleyini ilk yarıda vurulan 1 qol həll edib. Nəhayət, Binədə debütant “Sabah-2” ilə “Ağsu” münasibətlərinə aydınlıq gətirib. İlk “6-lıq”da qərarlaşan paytaxt təmsilçisi ağsulularla futbol dərsi keçib. Düzdü, 49-cu dəqiqədən Rüfət Quliyevin komandası meydanda azlıqda mübarizə aparmalı olub. Ancaq Elnur Səmədov meydandan qovula qədər debütant artıq qonaqların qapısına 3 dəfə yol tapmışdı. Say üstünlüyünə sahib olduqdan sonra isə meydan sahibləri daha bir dəfə fərqlənib.
Birinci divizion
1-ci dövrə, 12-ci tur
29 noyabr
Keşlə-2 – Neftçi-2 3:1
Elmir Rəhimzadə, 21; 73. Emin Quliyev, 64 – Hüseyn Hüseynzadə, 75.
Qaradağ Lökbatan – Qarabağ-2 1:0
Bəhruz Teymurov, 31.
Sabah-2 – Ağsu 4:0
Tural Qürbətov, 30. Tural Nəsirov, 42; 51. Tolqar Yaqubov, 47.
Tura bu gün yekun vurulacaq:
30 noyabr
Zaqatala – MOİK
Hakimlər: KAMAL UMUDLU, Eyyub İbrahimov, Əli Cəbrayılov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vasif Məmmədov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
Zaqatala. Şəhər stadionu. Saat 14.00
Kəpəz – Səbail-2
Hakimlər: NAMİQ BƏKİROV, Səbuhi Əmrahov, Teymur Teymurov, Vüsal Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Sabir Mütəllimov.
Gəncə. Şəhər stadionu. Saat 14.00
Turan Tovuz – Sumqayıt-2
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Hüseyn Əsgərov, Samir Hacıyev, Kərim Kərimov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 14.00
Zirə-2 – Şüvəlan
Hakimlər: NİCAT İSMAYILLI, Knyaz Əmiraslanov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Rəhman Tağıyev.
Şüvəlan. AZAL Arena. Saat 14.00
1. MOİK 11 9 1 1 21-9 28
2. Sumqayıt-2 11 8 0 3 23-10 24
3. Neftçi-2 11 7 2 2 14-9 23
4. Sabah-2 12 5 4 3 12-6 19
5. Zaqatala 11 4 5 2 19-11 17
6. Keşlə-2 12 5 2 5 20-16 17
7. Şüvəlan 11 4 5 2 14-12 17
8. Qaradağ Lökbatan 12 5 2 5 11-14 17
9. Qarabağ-2 11 4 2 5 18-15 14
10. Turan Tovuz 11 4 1 6 16-18 13
11. Səbail-2 11 3 1 7 9-24 10
12. Ağsu 12 2 3 7 9-23 9
13. Kəpəz 11 1 4 6 6-14 7
14. Zirə-2 11 2 0 9 10-21 6
Bombardirlər: Cavad Kazımov (Zaqatala), Elvin Nəsibov (Sumqayıt-2) – 8, Raul Yaqubzadə (MOİK) – 7.
Qeyd: İntizam Komitəsinin qərarı ilə 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda isə "Zirə-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR