Qurban Qurbanov: “Rəşad meydanda olanda futbolçular özlərini daha sərbəst hiss edirlər”
Andre Pinto Bakıya final oyunu üçün gəlmək istəyir
Oyundan bir gün əvvəl, yəni dünən Qurban Qurbanov cari avrokubok mövsümündə sonuncu dəfə azərbaycanlı jurnalistlərin önünə çıxdı. Saat 14.30-da başlayan mətbuat konfransında Qurbanov tək deyildi. Belə ki, təcrübəli çalışdırıcının yanında bu gün qapısının toxunulmazlığını qoruyacaq Hannes Halldorsson əyləşmişdi.
Ağdamlıların qrupdan çıxmaq şansı möcüzəyə bərabər olsa da, Olimpiya stadionunun yolu əziyyət tələb etsə də, konfransda xeyli sayda yerli və əcnəbi jurnalist iştirak edirdi. Kameralar qarşısında əyləşənlər suaları cavablamamış ənənəvi olaraq matçla bağlı fikirlərini dilə gətirdilər.
Qurban Qurbanov: “Hər birinizi, eləcə də qonaqlarımızı salamlayıram. Bu il Avroliqada sonuncu ev matçına çıxırıq. Çox istərdik ki, oyunu qələbəylə başa vuraq. Ancaq hər bir halda, oyunumuzla, mübariz keyfiyyətlərimizlə sizləri, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bildiyiniz kimi, “Sportinq”də baş məşqçi dəyişikliyi baş verib və bu, hər zaman komandanın daha istəkli olmasını şərtləndirir. Evdə oynadığımızdan, daha fəal olmalıyıq. Matçı uğurlu nəticəylə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.
Hannes Halldorsson: “Mən də sizləri salamlayıram və burda görüşdüyümüzə görə şadam. Bizim üçün önəmli matçdı. “Sportinq” böyük klub, böyük addı. Qələbə qazanacağımız halda qrupdan çıxmaq şansımızı saxlamış olacağıq. Bu cür möhtəşəm stadionda oynamaq bizim üçün xoşdu”.
- Rəqibin heyətində itkilərin olması və belədə U-23 komandasından futbolçular gətirməsi “Qarabağ” üçün üstünlük sayıla bilərmi?
- Q.Q.: Belə böyük klublarda bir sıra aparıcı futbolçuların gəlməməsinə ciddi önəm vermirəm. Çünki geniş heyətləri var. 23 yaşlı artıq peşəkar futbolçu deməkdi. Düşünmürəm ki, bu klubda zəif futbolçu olsun. Futbolçularımızın bu məqama fikir verəcəyinə inanmıram. Böyük tarixi və güclü heyəti olan kluba qraşı oynayırıq. İstərdik ki, rəqibdən daha üstün oynayaq. Qalib gəlmək üçün şansımızı yoxlayacağıq. Təbii ki, daha üstün oynamaq da əsas şərtdi.
- Zədəli Emeqaranın yoxluğunda hücumda Araz Abdullayevə şans verəcəksiz, yoxsa başqa alternativiniz var?
- Q.Q.: Emeqaranın zədə səbəbindən oynamayacağından xəbərdarsız. Arazı hücum xəttində oynatmışıq və bu dəfə də hücumçu kimi şans qazanmaq imkanı çoxdu. Hər bir halda son qərarı sabah səhər məşqindən sonra verəcəm.
- Rəşad Sadıqovun avrokuboklarda 100-cü matçını keçirməsi komandaya əlavə motivasiya ola bilər? Və ya bu fakt özlüyündə xüsusi önəm daşıyır?
- Q.Q.: Mən buna ancaq sevinirəm. Azərbaycanlı futbolçunun avrokuboklarda 100-cü matçına çıxması yaxşı haldı. Motivasiyaya gəlincə, fikrimcə, buna o qədər də ehtiyac olmaz. Çünki hər bir futbolçumuz Bakıdakı sonuncu oyunda istənilən halda motivasiyalı olacaq, özünü göstərməyə çalışacaq.. Bizim üçün Rəşadın meydanda olması daha önəmlidi. 100-cü oyuna çıxması yox, meydanda olmasının özü futbolçular üçün əla motivasiyadı. Rəşad meydanda olanda futbolçular özlərini daha sərbəst hiss edirlər. Öz aralarında danışsalar, hansısa motivasiya ola bilər. Komanda şəklində sabahkı görüşün mahiyyətini hamı yaxşı başa düşür. Rəşadın oynayıb-oynamayacağını hələ bilinmir. Buna səhər məşqindən sonra qərar verəcəyik.
- Meydana çıxmamaq ehtimalı zədə ilə bağlıdı?
- Q.Q.: Xeyr, bununla bağlı deyil. Sadəcə, “11-lik”də kimlərin yer alacağına sabah qərar verəcəm.
- Təcrübəli futbolçu kimi necə düşünürsən, “Qarabağ”ın belə güclü rəqibə qalib gəlib, sonuncu turda “Arsenal”ı da səfərdə udub qrupdan çıxmaq şansı var?
- H.H.: Məncə, mümkündü. Futbolda hər şey baş verir. Buna dəfələrlə şahidlik etmişik. Qalib gəlsək, qrupdan çıxmaq yolunda böyük addım atmış olacağıq. Nəzəri şanslarımız qalıbsa belə, deməli, hər şey mümkündü. Oyuna yaxşı motivasiya olmuşuq, bacaracağımızı düşünürəm.
- Millinin heyətində çox uğurlu matçlar keçirmisən. Ancaq Azərbaycanda hələ də ümidləri doğrulda bilməmisən. Səncə, sabah oynasan, oyunun qəhrəmanı ola bilərsən?
- H.H.: Qəhrəman olmaq üçün ilk növbədə məşqdə və oyunlarda səylə çalışmalısan. Bunun üçün azacıq bəxt də yanında olmalıdı. Mənim üçün kimin qəhrəman olmasının xüsusi önəmi yoxdu. Əsas odu ki, öz işimizi düzgün qurub müsbət nəticə əldə edək. Yenə deyirəm, kimin qəhrəman olması önəmli deyil, təki qalib gələk.
- Adətən, oyundan əvvəl baş məşqçilərə “futbolçuları matça necə motivasiya etmisiz” tipli suallar verilir. Maraqlıdı, Kosovoya ağır yenilgidən sonra baş məşqçi olaraq psixoloji cəhətdən bərpa dövrünü necə keçdiz?
- Q.Q.: Maraqlı suala görə təşəkkür edirəm. Biz məşqçilərdə bərpa mövsüm başa çatanda olur. Futbolçuları oyundan sonra dərhal bərpa etməyə çalışsaq da, özümüzdə bərpa dövrü mövsüm tam başa çatandan sonra başlayır. Hər günümüz gərgin keçir.
Marsel Kayzerin mətbuat konfransı saat 20.00-a nəzərdə tutulsa da, qonaqların stadiona gələrkən gecikməsi qələm əhlinin təxminən 10 dəqiqə gözləməsinə səbəb oldu. Hollandiyalı mütəxəssis zala bu gün əsas heyətdə yer alacağı gözlənilən Andre Pinto ilə daxil oldu ki, heç biri matçla bağlı fikirlərini səsləndirmədən birbaşa suallara cavab verdilər. Öncə məşqə tələsən Pinto danışdı.
- Oyundan və siz futbolçulardan nə gözləyə bilərik?
- Komanda hər şey qaydasındadı. Matça lazımi qaydada hazırlaşmışıq və bu oyunun yekun nəticəsinin mahiyyətini dərk edirik. Əsas məqsədimiz qələbə qazanıb növbəti mərhələyə adlamaq və mayda Avroliqanın final görüşü üçün yenidən Bakıya qayıtmaqdı (gülür).
- Sabahkı oyunda “Joze Alvelade”də gördüyünüzdən fərqli “Qarabağ” gözləyirsiz?
- Hansısa fərqin olacağına inanmıram. Çünki rəqibin öz oyun dəst-xətti, oyun fəlsəfəsi var. Cinahlara meyillənirlər və əks-hücumlara bel bağlayırlar. Sürətli oyunçulara sahibdilər. Doğma azarkeşləri önündə özlərinə əmin olacaqlarını düşünürəm.
- Zədəli və cəzalı futbolçular var. Bu sizə əlavə çətinlik yarada bilər?
- “Sportinq” kimi böyük klubda itkilər qaçılmazdı. Buna baxmayaraq, baş məşqçinin seçim imkanı genişdi. Məqsədimiz bu futbolçularla qalib gəlməkdi.
- Mətbuat konfransında iştirak etməyin sabah start heyətində yer alacağın anlamına gəlir?
- Bu sualı mənimlə sorğu-sualdan sonra baş məşqçiyə ünvanlasaz, yaxşı olar (gülür).
- Marsel Kayzerlə işləmək rahatdı?
- O da bizim kimi komandanın uğur qazanmasını istəyir. Belə olduqca əsas yük meydanda top qovan biz futbolçuların üzərinə düşür. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək və iradlarından nəticə çıxarsaq, fikrimcə, yaxşı olacaq.
Pinto konfrans salonunu tərk edəndən sonra suallar Marsel Keyzerə ünvanlandı.
- Sabah əsas hədəfiniz nə olacaq?
- Təbii ki, istəkli və baxımlı futbolla qələbə qazanmaq.
- Növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq və mütləq qalib gəlməlisiz. Bu fakt komanda üzvlərində əlavə yüklənmə yaratmayacaq?
- İlk növbədə öz oyunumuz barədə düşünməli və matça köklənməliyik. “Arsenal”ın digər rəqiblə oyunda nə edəcəyi ikinci dərəcəli məsələdi. Bizim üçün vacib olan üstün oyunla Bakıda 3 xal əldə etməkdi.
- Təxminən üç həftədi “Sportinq”dəsiz və artıq bütün futbolçular haqda lazım olan məlumatlara sahibsiz. Maraqlıdı, “Qarabağ”la oyunda əvvəlki görüşlərlə müqayisədə ciddi dəyişikliklərə gözlənilir?
- Bu müddət ərzində futbolçuları həm idmançı, həm də şəxsiyyət kimi yaxından tanımağa çalışmışam. Daha çox işlədikdə daha yaxından tanış ola bilirik. Hələ də öyrənməkdə davam edirəm. Oyun üslubunu dəyişmək üçün futbolçuları dəyişmək əsas deyil. Hansısa mövqedə yeniliklər etmək və xüsusi tapşırıqlar vermək mümkündü.
- İndiyə qədər diqqətinizi çəkmiş, sizi təəccübləndirə bilmiş futbolçu adı çəkə bilərsiz?
- Fərdlər haqda danışmağı sevmirəm. Çünki “Sportinq” bir oyunçudan ibarət deyil, bu bir klubdu, komandadı. Tez-tez söhbətlər edirik, daha yaxşı səviyyəyə yüksəlmək üçün fikir mübadilələrimiz olur. Bunları edəndə də fərdlərlə yox, kollektivlə edirəm.
- “Arsenal”la oyunlardakı məqamlardan hansılarısa “Qarabağ”da qarşılaşmada görə biləcəyikmi?
- Mənim üçün vacib olan komandada ruh yüksəkliyinin olmasıdı ki, bu da var. Futbolçular “Lusitano” ilə son kubok oyununda 4:1 hesabıyla qələbə qazanmaqla nəyə qadir olduqlarını göstərdilər. Həmin oyunun davamını gətirə bilsək, istədiyimiz nəticənin özü bizi tapacaq.
- Bakıya qələbə dalınca gəldiyinizi dediz və bunun üçün müəyyən hazırlıq işləri görmüsüz. Məğlubiyyətə necə, hazırsız?
- Tək biz yox, “Qarabağ” da meydana 3 xal qazanmaq istəyi ilə çıxacaq. Ona görə də matçın maraqlı alınacağını düşünürəm. Rəqibin iştirakı ilə baş tutan üç oyunu izləmişəm. Müasir futbola üstünlük verirlər. Sürət, cinah keçidləri, əks-hücumlar – bütün yaxşı cəhətləri özündə birləşdirib. Qısa deyim, güclü komandadı.
- “Qarabağ”ın oyunlarına baxmısız, lazım olan qeydləri aparmısız. Bəs bu adın hansı məna daşıdığından xəbəriniz var?
- Bu haqda eşitmişəm, amma orda olmamışam. Azərbaycana ilk səfərimdi, deyim ki, şəhəriniz xoşuma gəldi.
- Müxtəlif səbəblərdən bir neçə aparıcı futbolçunun xidmətindən məhrumsuz. İtkilər fonunda çıxış yolunu nədə görürsüz?
- “Sportinq” 11 yox, 25 bacarıqlı futbolçudan ibarətdi. Düzdü, bəziləri zədə və cəza səbəbindən Lissabonda qalmağa məcbur oldu. Buna baxmayaraq, 18 nəfər oyuna hazırlaşır. Ümid edirəm ki, bu futbolçularla lazım olan nəticəni qazanacağıq.
HƏBİB

Son xəbərlər

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Navas "Napoli" yolunda

Bütün xəbərlər