Sizin reklam burada

Orxan Məmmədovun cəza müddəti bitdi

Baxış Sayı:620

Orxan Məmmədovun cəza müddəti bitdi
Stuxlik onu Lökbatana göndərdi
Bu gün və sabah birinci divizionda 12-ci turun oyunları keçiriləcək. Bu günə 3, sabaha 4 oyun salınsa da, bütün qarşılaşmalar eyni saatda start götürəcək. Turun açılış günündə “Keşlə-2” “Neftçi-2”ni, “Qaradağ Lökbatan” “Qarabağ-2”ni, “Sabah-2” isə “Ağsu”nu sınağa çəkəcək ki, oyunlardan 2-də premyer-liqa hakimləri iş başında olacaq. Belə ki, “ASK Arena”da gerçəkləşəcək qarşılaşmada İnqilab Məmmədov, Lökbatanda isə Orxan Məmmədov iş başında olacaq. Həmin Orxan Məmmədov ki, oktyabrın 27-də premyer-liqa çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” görüşündə yol verdiyi səhvlərə və məlum açıqlamasına görə Hakimlər və Hakim-İnspektorlar Komitəsi tərəfindən uzun müddətə cəzalandırılmışdı. Göründüyü kimi, Frits Stuxlik sabiq FİFA referisini 1 aylıq uzaqlaşdırıbmış.
Birinci divizion
1-ci dövrə, 12-ci tur
29 noyabr
Keşlə-2 – Neftçi-2
Hakimlər: İNQILAB MƏMMƏDOV, Qəzənfər Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
Bakı. ASK Arena. Saat 14.00
Qaradağ Lökbatan – Qarabağ-2
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Akif Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00
Sabah-2 – Ağsu
Hakimlər: NAIL NAĞIYEV, Səbuhi Soltanov, Ruslan Nəsibov, Cahangir Yusifzadə
Hakim-inspektor: Ülviyyə Mustafayeva.
AFFA nümayəndəsi: Samir Kərəmov.
Binə. Qəsəbə stadionu. Saat 14.00
1. MOİK 11 9 1 1 21-9 28
2. Sumqayıt-2 11 8 0 3 23-10 24
3. Neftçi-2 10 7 2 1 13-6 23
4. Zaqatala 11 4 5 2 19-11 17
5. Şüvəlan 11 4 5 2 14-12 17
6. Sabah-2 11 4 4 3 8-6 16
7. Qarabağ-2 10 4 2 4 18-14 14
8. Keşlə-2 11 4 2 5 17-15 14
9. Qaradağ Lökbatan 11 4 2 5 10-14 14
10. Turan Tovuz 11 4 1 6 16-18 13
11. Səbail-2 11 3 1 7 9-24 10
12. Ağsu 11 2 3 6 9-19 9
13. Kəpəz 11 1 4 6 6-14 7
14. Zirə-2 11 2 0 9 10-21 6
Bombardirlər: Cavad Kazımov (Zaqatala), Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"-yə, 10-cu turda isə "Zirə-2"-yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR