Sizin reklam burada

Braliç özünü xoşbəxt hiss edir

Title
Braliç özünü xoşbəxt hiss edir
"Çempionatın səviyyəsi yetərincə yüksəkdi"
“Neftçi”nin müdafiəçisi Slavko Braliç klub saytına müsahibə verib. Xorvatiyalı futbolçu çempionatla bağlı düşüncələrini dilə gətirib.
- Hazırda "Neftçi" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdi?
- Birinci yerdə olmağımız çox önəmli amildi. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdı. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
- Özünü "Neftçi”də necə hiss edirisən?
- Çox xoşbəxtəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
- Sənin üçün indiyə qədər premyer-liqada keçirilən ən çətin oyun hansı olub?
- Demək olar, hər oyun çətin keçib. Hansısa qarşılaşmanı fərqləndirə bilmərəm.
- Azərbaycan çempionatının səviyyəsi gözləntilərini doğruldub?
- Bəli, çempionatın səviyyəsi yetərincə yüksəkdi.
- Növbəti turdakı rəqib "Sabah” haqda nə deyə bilərsən?
- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
- "Neftçi" azarkeşləri komandanı hər zaman dəstəkləyir. Onlar haqda nə deyə bilərsən? Dəstəyi hiss edirsiz?
- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdi. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.