Sizin reklam burada

Yığma 3-cü səbətdə

Title
Yığma 3-cü səbətdə
U-19-un Avropa çempionatının elit mərhələsinə vəsiqə qazandığını xəbər vermişdik. Dekabrın 6-da həmin mərhələnin püşkatma mərasimi keçiriləcək. Artıq səbətlər açıqlanıb. Seçmə mərhələni uğurla adlayan yığmamızın də yer aldığı səbət bəlli olub. Gürcüstanda keçirilən 1-ci qrupda ikinci yeri tutmaqla mərhələ keçən Vüqar Məmmədin yetirmələri elit mərhələnin püşkatmasında C səbətində yer alacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq və 28 komanda 7 qrupa bölünəcək.
A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa
B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya
C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, AZƏRBAYCAN, Norveç
D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Cənubi Kipr
Qeyd edək ki, elit mərhələnin oyunları gələn ilin yazında keçiriləcək. Mayın 19-dək başa çatacaq mübarizənin sonunda qrup qalibiləri Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.