Həftəiçi futzal üzrə yüksək liqada 11-ci turun oyunları keçiriləcək. Ancaq xəbər verdiyimiz kimi, “Xəzər Cənub” – “Yasamal” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Beləliklə, ötən turda olduğu kimi, çərşənbə günü yenə iki oyun izləyə biləcəyik. Bakı İdman Sarayında baş tutacaq turun açılış matçında “Ekol” aşkar autsayder “Yasamal” İSK-la üz-üzə gələcək. Ardından lider “Araz” ötən turda istirahət edən “Liman”la münasibətlərinə aydınlıq gətirəcək. Bir oyun çox keçirən və hazırda “Neftçi” ilə şərikli lider olan Naxçıvan təmsilçisi “İran legion”nu yenə bilsə, zirvədə vahid liderliyi ələ keçirəcək. Artıq turun təyinatları da açıqlanıb:
Yasamal İSK – Ekol
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Hakim-inspektor: Şahin Cəfərov.
28 noyabr. Bakı İdman Sarayı. Saat 12.30
Liman – Araz
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Mehman Mahmudov
Hakim-inspektor: Murad Məmmədov
28 noyabr. Bakı İdman Sarayı. Saat 14.30
1. Araz 9 6 3 0 70-24 21
2. Neftçi 8 7 0 1 46-22 21
3. Ekol 8 5 2 1 52-21 17
4. Xəzər Cənub 8 2 2 4 54-30 8
5. Yasamal 7 2 1 4 40-25 7
6. Liman 7 2 0 5 32-55 6
7. Yasamal İSK 9 0 0 9 23-140 0
Bombardirlər: Xətai Bağırov (Araz) – 20, Hüseyn Fatihzadə (Liman) - 15, Hadi Rizvan (Xəzər Cənub) – 13.