Kosovo yığmasının hücumçusu Donis Avdiya ölkəsinin mətbuatına açıqlama verib. Yığmamızı tərifləyən 22 yaşlı hücumçu Millətlər Liqasının pley-off mərhələsinə adlamalarını böyük uğur kimi dəyərləndirib: "Azərbaycan millisi son dünya çempionatının seçmə mərhələsində kifayət qədər yaxşı çıxış etmişdi. Onlar Norveçə qalib gəlib, Çexiyadan xal almışdılar. Biz isə zəif təsir bağışlamışdıq. “Azərbaycanla oyun Kosovoda hamımız üçün hər şey demək idi. Bu üzdən Azərbaycanı üstələyib qrup birincisi olmaq bizim üçün böyük uğurdu. Ancaq bununla kifayətlənmək fikrində deyilik. Bu uğurun davamını pley-offda gətirmək istəyirik. İşi yarımçıq qoymaq olmaz”.
Qeyd edək ki, Bakıda yığmamızla qolsuz bərabərə qalan Kosovo öz meydanında 4:0 hesabı ilə qələbə qazanmışdı.