• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“Bank Respublika”nı “Sabah”a Mikayıl Cabbarov yönəldib?

27 noy, 18 - 18:02839

“Bank Respublika”nı “Sabah”a Mikayıl Cabbarov yönəldib?
İcraçı direktor müqavilənin detallarını və planları açıqladı
Daha bir bank Azərbaycan futboluna sərmayə qoyacaq. Söhbət ötən həftə “Sabah”la sponsorluq müqaviləsi imzalayan “Bank Respublika”dan gedir. Müqavilənin şərtlərinə əsasən “tələbələr”in elitada çıxış edən əsas komandası və eləcə də birinci divizionda mübarizə aparan əvəzediciləri 2018/19 mövsümündə meydana üzərində “Bank Respublika” yazılan formalarla çıxacaq. “Sabah”ın ev oyunlarını keçirdiyi “Əlincə Arena”da isə bankın reklam materialları yerləşdiriləcək. Yeri gəlmişkən, onu da xatırladaq ki, “tələbələr” bankla işbirliyinə gedən heç də ilk elita klubu deyil. 2014-cü ildə “Sumqayıt”la “Kapital Bank” arasında imzalanan müqaviləyə əsasən “kimyaçılar”ın ev oyunlarını keçirdiyi stadion “Kapital Bank Arena” adlanır. Bundan başqa, “tələbələr”də olduğu kimi, “ağ-göylər”in də əsas və ikinci komandasının formalarında banka məxsus əmtəə nişanları yerləşdirilib.
Respublika ərazisində 33 filial və şöbəsi olan bankın premyer-liqanın debütantına sponsorluq etmək fikrinə düşməsi futbol camiəsi arasında heç də birmənalı qarşılanmadı. Bir çoxları bunu klubun qeyr-rəsmi rəhbəri, vergilər naziri Mikayıl Cabbarov amili ilə əlaqələndirir. Onların fikrincə, Cabbarov bu gün hazırki postunu tutmasaydı, “Bank Respublika” “tələbələr”in sponsoru olmayacaqdı. Necə ki, indiyədək bank idman sahəsinə investisiya yatırmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, mətbuatda “Bank Respublika”nın Elman Rüstəmova məxsus olduğu bildirilir. Xatıraladaq ki, Rüstəmov həm də Mərkəzi Bankın idarə heyətinin sədridi.
Söylənilənlərə aydınlıq gətirmək üçün “Sabah”ın icraçı direktoru Emin Abbasovun fikirlərini öyrəndik: “Kimin nə söyləməsi bizim üçün maraqlı deyil. Əsas odu ki, iş görürük və bunun da nəticəsi göz qabağındadı.”Bank Respublika”dan əvvəl də ölkədə fəaliyyət göstərən banklar futbola yatırım ediblər və edirlər. Xatırlayırsızsa, bir ara “Unibank” premyer-liqaya sponsorluq edirdi. Bu gün “Kapital Bank” “Sumqayıt”la işbirliyi qurub. Yəni bizim “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzalamağımıza başqa don geydirmək lazım deyil. Niyə məhz bizi seçdilər? Bu suala cavab verməmişdən öncə bildirim ki, məndə olan məlumata görə, yeni sponsorumuz bir çox klublarla maraqlanıb və sonda seçim zamanı bizə üstünlük verib. Onların marketinq şöbəsi premyer-liqanı təhlil edib. Cari mövsümdə ən çox azarkeş bizim Masazırda “Qarabağ”la keçirdiyimiz matçda olub. Gəlin razılaşaq ki, hər stadiona 4500 tamaşaçı gəlmir. Görünür, bu məqam onların diqqətini cəlb edib. Təşəbbüs bankdan gəldi. Ondan sonra həm bankın, həm də bizim marketinq şöbəsinin əməkdaşları arasında bir neçə görüş oldu. Hazırladığımız hesabatda görəcəyimiz işlər, qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat vermişdik. Araşdırmalardan sonra belə qənaətə gəldilər ki, “Sabah” gələcəyi olan klubdu. İdarəetmədə savadlı, işini bilən insanlar yer alıb. Klubun prezidenti Maqsud Adıgözəlov da bank sektoru üçün yad sima deyil. O uzun illər bu sahədə çalışıb və yetərincə nüfuza malikdi”.
İcraçı direktor yeni yaranan işbirliyinin həm bankın, həm də klubun xeyrinə olacağını düşünür: “Ola bilsin, bu gün “Sabah” ad olaraq hələ gur səslənmir. Ancaq növbəti il və gələcək üçün daha da güclənmək, avrokuboklarda çıxış etmək istəyirik ki, bu üzdən də artıq indidən işlər görülür. Bu gün Masazırla yanaşı, Xırdalan, Saray və Novxanıda da təbliğat işləri aparır, azarkeşləri stadiona dəvət etmək üçün müəyyən işlər görürük. Gələn tamaşaçı da istər-istəməz klubun formasının üzərində, meydanın ətrafında “Bank Respublika”nın adını görüb maraqlanacaq. Mən şəxsən “Unibank”ı premyer-liqanın sponsoru olduqdan sonra yaxından tanımışam. Yəni “Əlincə Arena”ya gələnlər arasında sponsorumuz olan bankın potensial müştəriləri də olacaq. Bundan başqa, bankla birgə müxtəlif sosial layihələr həyata keçirəcəyik. Vaxt ötdükcə istər media, istərsə də futbol ictimaiyyəti bütün bunları görəcək”.
Emin bəyin fikrincə, ölkə futbolunun gələcəyi belə əməkdaşlıqlardan, müxtəlif şirkətlərlə sponsorluq müqavilələrindən asılıdı: “Bir ara futbolumuzda “oliqarx dönəmi” idi. Əksər klublar bir nəfərin əlinə baxırdı ki, bunun da effektli olmadığını zaman göstərdi. İndi başqa vaxtdı. Müxtəlif böyük şirkətləri, bankları futbola cəlb etməklə yola davam etmək ən düzgün variantdı. Mən hələ də başa düşmürəm ki, niyə bizim insanlar hər işə bir qulp qoymağı xoşlayırlar? Bu gün biz “Bank Respublika” ilə sponsorluq müqaviləsi bağlamaqla başqa klublara da bir şans yaradırıq. Məsələn, ölkədə fəaliyyət göstərən digər banklar görəndə ki, Azərbaycanın üzdə olan bankı hansısa kluba sponsorluq edir, onların da bu sahəyə marağı artacaq. Bizim əməkdaşlığımız “yolaverdi layihə” olsaydı, müddəti bir il yox, daha çox olardı. Sponsorun nəyə və yaxud kimə görəsə kluba pul vermək niyyəti var idisə, birdəfəlik 2-3 illik müqavilə imzalayıb, bəribaşdan pulu kluba ödəyib kənara çəkilərdi. Ancaq göründüyü kimi, hər iki tərəf ciddi iş görmək üçün bu yola çıxıb. Bir ildən sonra dəyirmi masa ətrafına yığışıb geridə qalan müddətdə görülən işlərlə bağlı təhlillər aparacaq, müqavilənin xeyirli və ya ziyanlı olduğunu müzakirə edəcəyik. Hər şey normal olarsa, əməkdaşlığın müddəti uzadılacaq”.
RƏŞAD

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Keşlə" "Sabah"ı məğlub etdi
backend
"Sabah"ın Gürcüstandakı rəqibləri bəlli oldu - ÖZƏL
backend
"Sabah" Gürcüstana yollanacaq - RƏSMİ
backend
"Ruslan-93"də turnir keçirilir
backend
“Səbail” və “Qəbələ” avrokuboklar üçün bank zəmanəti verməyib
backend
“Keşlə” nominal meydan sahibi oldu
backend
PFL yarımfinalın proqramını açıqladı
backend
"Sabah" "Sumqayıt"ı məğlub etdi
backend
19-cu və 21-ci turların oyun cədvəli açıqlandı
backend
“Sumqayıt” MOİK və “Sabah”la qarşılaşacaq
backend
“Kimyaçılar” “Kapital Bank Arena”nı “Dalğa”ya dəyişir
backend
“Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək
backend
Üçü hazırdı, “Keşlə” fikrə dalıb
backend
Altı nəfər “Sabah”a “baş üstə” dedi
backend
PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib
backend
Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub
backend
Riad Rəfiyev yenə söz verdi
backend
“Sabah” çempionu darmadağın etdi
backend
“Sabah” daha “Bank Respublika Arena”da oynayacaq
backend
“Sumqayıt” “Şeh su” içəcək
backend
“Sumqayıt-2”nin iki futbolçusu Latviyaya yollandı
backend
“Sabah” üçün yeni sponsor: “Bank Respublika”
backend
“Sumqayıt” “Kapital Bank Arena”ya dekabrda çıxacaq
backend
“Bakcell Arena” hazırdı
backend
“Dalğa Arena” daha bir kluba qucaq açdı
backend
“Kapital Bank Arena”da çınqıl problemi
backend
2-ci mərhələyə yekun vuruldu
backend
Samir Ələkbərov Nazim Süleymanovun köməkçisi oldu
backend
“Kapital Bank Arena”da hədiyyə payladılar
backend
“Sumqayıt”da “yarpaq tökümü” davam edir
backend
Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq
backend
“Sumqayıt”dan əməkdaşlıq müqaviləsi
backend
“Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək
backend
“Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq
backend
“Kapital Bank Arena”da qalib müəyyənləşmədi
backend
“Kapital Bank Arena”da qazıntı işlərinə start verildi
backend
Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi
backend
“Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi
backend
Elbrus Məmmədov beş oyun planlaşdırıb
backend
“Kapital Bank Arena” da təbii örtüyə qovuşacaq

GÜNÜN XƏBƏRİ

backend
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu
17 may, 22 - 19:50356

XƏBƏR LENTİ

PSJ-nin müsəlman futbolçusu Fransada qalmaqala səbəb oldu
21:5017 may
Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da
21:1817 may
Pley-offun ilk mərhələsinin qalibləri müəyyənləşdi
20:4717 may
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
20:1917 may
Fabreqas qəti qərara gəlib
19:5417 may
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL
19:5017 may
Mahir Emreliyə Xorvatiya çempionu olduğu üçün medal veriləcək? - ARAŞDIRMA
19:3717 may
Bütün fransalı legionerləri qabaqladı
19:1617 may
Bir oyunda 15 (!) seyv etdi və son 3 ilə damğa vurdu!
18:5617 may
Mane reytinq siyahısında Salahı arxada qoydu
18:3117 may
Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA
18:0517 may
Zambiyalılar Elxan Abdullayevin gözünü qorxudub - ÖZƏL
17:5017 may
"Şamaxı-2" gümüş medala yiyələndi - YENİLƏNİR
17:4417 may
İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?
17:1817 may
"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ
16:5417 may
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
16:5317 may
Kyellininin statusu ona həvalə olunacaq
16:3217 may
“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov
16:1917 may
EKOL dağıldı! - ÖZƏL
15:5717 may
"Sabah" və "Neftçi" basketbol çempionatında çıxış edəcək?
15:5417 may
Azərbaycanlı idman vəkili beynəlxalq təşkilata üzv oldu - AÇIQLAMA
15:3517 may
“Qəbələ” yeni legionerlərlə danışıqlara başlayıb - ÖZƏL
15:1717 may
Cokoviç 1000-ci qələbəsini qazandı
13:5817 may
"Çempionata başlayanda qarşımıza mükafatçılar sırasında yer almaq tapşırığı qoyulmamışdı" - AÇIQLAMALAR
13:3317 may
Nəticə olmayanda yumruqlar işə düşür...
13:1717 may
Vətən müharibəsinin qəhrəmanları “Araz Naxçıvan”ın sevincinə şərik çıxdılar - AÇIQLAMALAR
12:5617 may
“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL
12:3517 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu
12:1917 may
"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev
12:1017 may
Basketbol Fedarasiyasının yeni loqosu
11:5917 may
Federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı
11:4617 may
Messi "İnter Mayami"yə keçəcək
11:2717 may
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin trasında dəyişiklik edilib
10:4817 may
Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR
10:3017 may
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
10:1317 may
Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır
09:4417 may
"Çelsi" müdafiəçisi ilə yollarını ayırır
09:3017 may
Azərbaycan nümayəndəsi yüksək hakimlik dərəcəsi qazandı
09:2017 may
Beyl "Real"dan gedir
23:4316 may
Karateçimiz Mərakeşdə bürünc medal qazandı
23:2416 may
Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə