46. Keşlə - Qəbələ 1:2 (1:2)
30. Davud Kərimi – 4,5
4. Slavik Alxasov – 4,5
33. Tərlan Quliyev (k) – 4,5
3. Denis Silva – 4,5
93. Edvinas Girdvainis – 4,0
(11. Bahodir Nasimov, 80) – qiymətsiz
2. Sərtan Taşkın – 4,5
22. Nikola Mitroviç – 5,5
90. Ebrima Sohna – 4,5
(7. Vaqif Cavadov, 72) – 4,5
17. Samir Məsimov – 5,0
(80. Diallo Quydileye, 56) – 5,0
9. Amil Yunanov – 5,0
14. Andre Klennon – 4,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
21. Herve Tçami
31. Georgios Georgiadis
65. Cabir Əmirli
71. Emin Quliyev
88. Məmməd Quliyev
94. Seymur Əsədov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Nikola Mitroviç
22. Dmitri Bezotosnı – 5,0
33. Təmkin Xəlilzadə - 5,5
3. Voislav Stankoviç – 5,5
27. Bəhlul Mustafazadə - 5,0
34. Ürfan Abbasov – 5,0
4. Elvin Camalov – 5,0
(8. Qismət Alıyev, 85) – qiymətsiz
88. Sabien Lilay – 5,0
21. Atakora Lalavele – 5,5
14. Cavid Hüseynov (k) – 5,0
(11. Asif Məmmədov, 88) – qiymətsiz
28. Stiven Jozef-Monroz – 5,0
17. Ceyms Adeniyi – 6,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
35. Murad Popov
7. Roman Hüseynov
5. Rasim Ramaldanov
10. Rauf Əliyev
18. İlqar Qurbanov
32. Amin Seydiyev
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qollar: C.Adeniyi, 17 (0:1, L.Atakora). V.Stankoviç, 20 (0:2, T.Xəlilzadə). A.Yunanov, 38 (1:2, N.Mitroviç).
Vərəqələr: T.Xəlilzadə, 11 (qeyri-idman hərəkəti). S.Lilay, 33 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 36 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 48 (hakimin qərarına etiraz). C.Adeniyi, 67 (qeyri-idman hərəkəti). S.Taşkın, 90 (qeyri-idman hərəkəti). D.Quydileye, 90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
24 noyabr. Bakı. ASK Arena. 500 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şənbə günü keçirilən və “CBC Sport”un canlı yayınladığı matçdakı epizodlar haqda uzun-uzadı xatırlatma etmək fikrində deyilik. Sadəcə, qarşılaşmanın ən önəmli məqamlarını yada salaq.
Birinci hissə qarşılıqlı qollar şəraitində keçdi. “Qəbələ” ilk 20 dəqiqədə vurduğu iki qolla 3 xalı hesabına yazdırdı. Özü də Adeniyi ilə Stankoviçin qolları 4 dəqiqəyə sığdı. Ceyms Atakoranın zəhmətini yerə vurmadısa, Voislav Təmkini məhsuldar ötürmə müəllifi etdi. Düzdü, fasiləyə qədər meydan sahibləri hesab arasındakı fərqi azaltdı. Mitroviçin ötürməsindən sonra Amil topu irəli çıxan Bezotosnının başı üzərindən qapıya göndərdi. Camalov “kürə”ni geri qaytarsa da, laysmanın mərkəzə qaçdığını görən Həmzəzadə qolu qeydə aldı. Doğrudu, təkrardan epizodun düzgün qiymətləndirildiyi görünür. Lakin vəziyyət haqda qəti hökm vermək üçün qapı xəttini görüntüləyən kamera da olmalıdı. Təəssüf ki, “CBC Sport” bunu etmir. İlk yarıda Adeniyinin zərbəsindən sonra topun dirəkdən döndüyünü də vurğulayaq. Yeri gəlmişkən, bu oyunda da komandasının ən yaxşılarından olan Ceyms “sarı” ilə cəzalandı və növbəti turda oynamayacaq.
İkinci yarıda isə hər iki tərəfin fərqlənmək imkanı var idi. “Keşlə” daha çox basqı etsə də, “Qəbələ”nin əks-hücumları daha effektli alınırdı. “Qırmızı-qaralar” bir neçə epizodda real imkanları əldən verdi. Bunlardan birində Cavidin boş qapıya göndərmək istədiyi top dirəkdən döndü. Tərlan Əhmədov hücumun kəsərini artırmaq üçün taktiki sxemi dəyişdi, mərkəz müdafiəçisini hücumçuyla əvəzlədi. Hətta meydan sahibləri son dəqiqələri 4 forvardla keçirsə də, məğlubiyyətdən qaçmaq mümkün olmadı.
FARİZ
Gözdən qaçmadı...
* Oyunu ayaqüstə izləyən zədəli Kamran Ağayev komanda yoldaşlarına tribunadan dəstək nümayiş etdirirdi.
* Baş hakim Rəvan Həmzəzadə matçın gedişində 4-cü hakimə yaxınlaşıb spreyi dəyişdi.
* Bahodir Nasimov meydana çıxmaq istəyirdi ki, bir qədər gözləməli oldu. Hətta 4-cü hakim əvəzetməni göstərən tablonu da qaldırmışdı. Sadəcə, həmin an Sərtan Taşkın yerdə qaldığına görə Tərlan Əhmədovun müdafiəçini hücumçuyla dəyişmək planı bir qədər gecikdi.
* Mətbuat konfransında “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevi klubun Media və Marketinq direktoru Səməd Nəsibov əvəzləmişdi.
* Final fitindən sonra qonaqların baş məşqçisi Sənan Qurbanov həddən artıq əsəbi görünürdü. Çox güman, hakimin oyunu ikinci hissəyə əlavə etdiyi 5 dəqiqədən təxminən 30 saniyə artıq davam etdirməsi onu özündən çıxarmışdı.