Seymur Səlimli AFFA-dakı iclasın detallarını açıqladı
“Böyük ehtimalla 2019-cu ildən klublarda belə ştatın olması tövsiyə yox, məcburi tələblərdən biri olacaq”
Ötən sayımızda AFFA-da profilaktik və maarifləndirici tədbirlər məqsədilə birinci divizionda mübarizə aparan klubların nümayəndələrinin iştirakı ilə görüş keçirildiyini, tədbirdə asossiasiyanın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlinin çıxış etdiyini bildirmişdik. Dünən qitə futbol qurumunun danışılmış oyunlarla bağlı ölkəmizdəki nümayəndəsi ilə əlaqə saxlayıb, görüşdə müzakirə olunan məsələlərə aydınlıq gətirməyə və bizi marqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Öncə noyabrın 22-də keçirilən tədbirlə bağlı məlumat verməyinizi istərdik. Bu görüş sizin istəyinizlə keçirildi, yoxsa UEFA-nın tələbi idi?
- Klublarda bu istiqamətdə maarifləndirici işlərin aparılmasının vacibliyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Klub lisenziyalaşdırma qaydalarına uyğun olaraq, klubların gənclər komandalarına maarifləndirici xarakterli təlimlərin keçilməsinin vacibliyi qeyd olundu. Bundan başqa, klublarda danışılmış oyunlarla bağlı əlaqələndirici şəxsin olması təklif olundu.
- Artıq neçə vaxtdı Azərbaycanda danışılmış oyunlarla mübarizə aparılır. Buna baxmayaraq, yenə də UEFA-dan siqnallar gəlməkdədi. Belə çıxır ki, görülən işlər effekt vermir...
- Niyə elə düşünürsüz? Bu müddət ərzində bir çox futbolçular müvəqqəti, bəziləri isə ömürlük futboldan uzaqlaşdırıldı. İcraiyyə Komitəsinin qərarına əsasən iki klub çempionatdan uzaqlaşdırıldı. Bunlar hamısı görülən işlərin nəticəsidi. O ki qaldı siqnalların gəlməsinə, bu hər zaman olub və olur. Bu o demək deyil ki, hansısa matç “şübhəli oyunlar” siyahısına düşübsə, orda mütləq alğı-satqı olub. Siqnal gəlir, biz də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə bunu araşdırırıq. Bildiyiniz kimi, artıq bu məsələ ilə bağlı qanunvericiliyə də dəyişikliklər edilib.
- Tutaq ki, hansısa oyunla bağlı sizə siqnal gəlib. Həmin qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırılıb-razılaşdırılmadığını hansı yolla yoxlayırsız? Bununla bağlı konkret hansısa yollar var?
- Biz siqnal alandan sonra bu xəbəri hüquq-mühafizə orqanlarına yönəldirik. Əlimizdə olan materialları ötürdükdən sonra artıq araşdırmanı onlar aparır.
- Ötən mövsüm adı oyun alğı-satqısında hallanan və futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov və Nizami Hacıyev barədə başlanılan cinayət işi xətm olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların işində cinayət tərkibi görməyiblər. Belə çıxır ki, hər iki oyunçu günahsız yerə cəzalanıb. Bundan sonra necə olacaq, AFFA həmin futbolçuların yenidən futbola dönüşünə icazə verəcək?
- Bu məlumat sizdə hardandı? Şəxsən mənim əlimdə bununla bağlı heç bir sənəd yoxdu. Onların bağışlanıb-bağışlanmayacağına gəlincə, bu artıq AFFA rəhbərliyinin səlahiyyətində olan məsələdi. Xahiş edirəm, bu məsələni onlardan soruşun.
- Görüşdə klublarda danışılmış oyunlarla bağlı əlaqələndirici şəxsin olması təklif olunub. Onlar AFFA, yoxsa klub rəhbərliyi tərəfindən təyin olunacaq? Və bir də onların işi nədən ibarət olacaq?
- Qarşıda klubların lisenziyalaşdırması məsələsi durur. Lisenziyalaşdırmanın şərtlərindən biri də klubda belə şəxsin olmasıdı. Hələ ki bu tövsiyə xarakterlidi. Həmin şəxslər klub daxilində maarifləndirmə işi aparmaqla yanaşı, aidiyyatı orqanlarla əməkdaşlıq edəcək. Böyük ehtimalla 2019-cu ildən klublarda belə ştatın olması tövsiyə yox, məcburi tələblərdən biri olacaq.
- Bu gün bütün dünyada danışılmış oyunlarla bağlı mübarizə gedir. Ancaq nədənsə “böyük beşlik” ölkələrində belə hal ortaya çıxanda çox keçmədən qara işlərə qol qoyanları sərt cəzalandırır, onlarla əməkdaşlıq edənləri “qara siyahı”ya salırlar. Ancaq bizim kimi 2-3-cü dərəcəli futbol ölkələrində sanki hər şey görüntü xatirinə aparılır. Müəyyən müddət araşdırma aparıldıqdan sonra hər şey yaddan çıxır. Bu fikirlə razısız?
- Xeyr. Bizdə də bu məsələyə ciddi yanaşılır. Yuxarıda qeyd etdiyim kimi, artıq qanunvericilikdə də dəyişiklik edilib, belə xoşagəlməz işlərlə məşğul olanlar barəsində cinayət işi açılır. Son 3 ildə görün nə qədər futbolçu cəzalandırılıb. Bütün bunlar göstərir ki, Azərbaycanda da danışılmış oyunlara qarşı ciddi mübarizə gedir.
RƏŞAD

Son xəbərlər

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Bütün xəbərlər