Çempionun qapısını Rizvan Fərzəliyev qorudu
Dünən futzal üzrə yüksək liqada 10-cu turun oyunları keçirildi. Günün ilk qarşılaşmasında “Araz”la “Yasamal” İSK üz-üzə gəldi. Gözlənildiyi kimi, son illərin dəyişməz çempionu aşkar autsayderlə dueldə darmadağına imza atdı. Maraqlı məqamlardan biri “Araz”ın qapısını kapitan Rizvan Fərzəliyevin qorumasıdı. Belə ki, Naxçıvan təmsilçisinin hər iki qapıçısının – Rövşən Hüseynli ilə Kamran Hacıyevnin cəzalı olması meydan oyunçularından birinin “çərçivə”yə keçməsini şərtləndirirdi. İtkiyə baxmayaraq, Alesionun komandası zəif rəqibini 26:2 hesabı ilə darmadağına məruz qoydu. “Araz”ın heyətində İsa Atayevin pokerə, Ramiz Çovdarovun penta-trikə imza atdığını, çempionatın bombardiri Xətai Bağırovun isə 8 dəfə fərqləndiyini və qol sayını 21-ə çatdırdığını vurğulayaq. Beləliklə, “Araz” fərqli qələbə sayəsində xallarını “Neftçi”ylə eyniləşdirib topların daha yaxşı fərqinə görə zirvəyə yüksəldi. Düzdü, bu turda “Liman”la görüşü təxirə salınan “ağ-qaralar” bir oyun az keçirib.
Günün ikinci oyunu gərginliyi ilə yadda qaldı. Ötən tur “Araz”ı büdrədən “Xəzər Cənub”un bu dəfə daha bir iddialı “Ekol”a badalaq vurduğunu bildirək. Hesabı məhz Lənkəran təmsilçisi açdı. İlk real qol vəziyyətini 1-ci dəqiqədə “Ekol” yaratdı. Atakişiyevin zərbəsi dirəkdən döndü. Əvəzində oyunu bərabərləşdirən “Xəzər Cənub” 5-ci dəqiqədə Əli Mikailinin 12-13 metrlik məsafədən zərbəsi ilə hesabı açdı. 7-ci dəqiqədə bu dəfə Faiq Əliyevin zərbəsi dirəyi silkələdi. Ardınca cənublular əks-hücum təşkil etdi ki, bu dəfə Kürdov səhvsiz oynadı.
“Xəzər Cənub”un üstünlüyü 8-ci dəqiqəyə qədər davam etdi. Əsgər “status-kvo”nu bərpa etdi. 10-cu dəqiqədə Atakişiyev cinahdan yerlə ötürməni yenə dirəyə tuşladı. Beləliklə, ilk yarı 1:1 başa çatdı.
İkinci hissə qarşılıqlı qollarla başladı. Əvvəlcə “Ekol” hesabı lehinə dəyişdi. Samir Həmzəyev adını tabloya yazdırdı. Ancaq bu üstünlük14 saniyə çəkdi. Fərid Mazahevi yenidən “status-kvo”nu təmin etdi. Bərabərliyi növbəti dəfə Lənkəran təmsilçisi pozdu. Ancaq kapitan Mehdi Pənahandənin qapıları səhv salması “Ekol”u hesabda önə keçirdi. Bununla belə, oyundan qopmayan Lənkəran təmsilçisi 36-cı dəqiqədə yenə bərabərlik qolunu vurdu. Məsud kapitanın səhvini düzəltdi. Bu qoldan sonra da nominal qonaqlar ardıcıl 2 təhlükəli hücum qurmağı bacardı. Ancaq bu imkanlar boşa verildiyindən, görüş 3:3 bitdi.
10-cu tur
Araz – Yasamal İSK 26:2 (9:0)
Araz: 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 17. İsa Atayev; 10. Nihad İsmayılov, 14. Elşən İbrahimxəlilov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Yasamal İSK: 23. Ceyhun Nağıyev (k), 5. Vüsal Səfərov, 10. Məhəmməd Eyniyev, 11. Amil Əlimirzəyev, 9. Davud Bağıri; 19. Ayxan Məmmədov, 3. Anar İsayev, 7. Nihad Mahmudov, 8. Xəyal Abbasov.
Rəhbər: Azər Əmənov.
Qollar: İ.Atayev, 1 (1:0). R.Çovdarov, 3 (2:0). O.Rüstəmli, 4 (3:0). O.Rüstəmli, 4 (4:0). R.Çovdarov, 9 (5:0). X.Bağırov, 13 (6:0). X.Bağırov, 15 (7:0). O.Rüstəmli, 16 (8:0). E.İbramxəlilov, 19 (9:0). İ.Atayev, 22 (10:0). V.Səfərov, 24 (10:1). X.Bağırov, 24 (11:1). R.Çovdarov, 25 (12:1). İ.Atayev, 26 (13:1). N.İsmayılov, 28 (14:1). E.İbrahimxəlilov, 30 (15:1). O.Rüstəmli, 32 (16:1). X.Bağırov, 33 (17:1). O.Rüstəmli, 33 (18:1). R.Çovdarov, 34 (19:1). İ.Atayev, 35 (20:1). X.Bağırov, 36 (21:1). X.Bağırov, 37 (22:1). X.Bağırov, 37 (23:1). R.İbrahimzadə, 38 (24:1). R.Çovdarov, 40 (25:1). X.Bağırov, 40 (26:1). N.Mahmudov, 40 (26:2).
Vərəqə: A.İsmayılov, 29 – sarı.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Hakim-inspektor: Asim Xudiyev.
21 noyabr. Olimpik Star.
Ekol –Xəzər Cənub 3:3 (1:1)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 77. Sərxan Məstiyev, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Radik Əhmədov.
Xəzər Cənub 21. Məhəmməd Rza Rahi, 10. Mehdi Pənahandə (k), 7. Məsud Nasirzadə, 77. Əli Mikaili, 9. Fərid Mazahevi; 1. Əli Xaderemheydəri, 11. Şabah Şahnazi, 12. İlkin Mirzəyev, 19. Şahin Nami.
Menecer: Tuğsa Eliz.
Qollar: Ə.Mikaili, 5 (0:1). Ə.Abasov, 8 (1:1). S.Həmzəyev, 22 (2:1). F.Mazahevi, 22 (2:2). M.Pənahandə, 27-öz qapısına (3:2). M.Nasirzadə, 36 (3:3).
Vərəqələr: Ə.Mikaili, 17. Ş.Şahnazi, 20 - sarı.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azər Əsgərov.
Hakim-inspektor: Murad Məmmədov.
21 noyabr. Olimpik Star.
1. Araz 9 6 3 0 70-24 21
2. Neftçi 8 7 0 1 46-22 21
3. Ekol 8 5 2 1 52-21 17
4. Xəzər Cənub 8 2 2 4 54-30 8
5. Yasamal 7 2 1 4 40-25 7
6. Liman 7 2 0 5 32-55 6
7. Yasamal İSK 9 0 0 9 23-140 0
MİRAĞA