İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!

4.07.2026 01:09 91
DÇ 2026 / Aktual
Futbol İlahi Ədalətin ən gözəl şəkildə işlədiyi, yazılmayan, gözlə görünməyən qayda-qanunları ilə adamın anasını ağladan idman növlərindən biridi. Baxın, son günlərin ibrətamiz mənzərəsini göz önünə sərəcəyəm. Dünya çempionatının 3-cü turunda 8 yığmanın hesabı razılaşdırmaq, arada pul söhbəti olmasa da, danışılmış oyuna getmək imkanı var idi. Bunlar İsveçrə, Kanada, Yaponiya, İsveç, Paraqvay, Avstraliya, Əlcəzair və Avstriya idi.
İsveçrə ilə Kanada heç bir danışığa getmədi, halal oyunda avropalılar qələbə qazandı. Ardından 1/16 finalda İsveçrə Əlcəzairi, Kanada Cənubi Afrikanı məğlub etdi, yəni 1/8 finala çıxdı. Onların futbola sədaqəti belə mükafatlandırıldı. 1:1 hesablı heç-heçəyə razılaşan Yaponiya ilə İsveçin taleyi necə oldu? “Samuraylar”ı Braziliya cəzalandırdı, skandinaviyalıları da Fransa. Əlcəzair və Avstraliya yığmasının oyunçuları aktyorluq bacarığını ən usta şəkildə göstərdi, həmin oyunda hesab 1:1 yox, 3:3 oldu. Əlcəzair bu səhər İsveçrəyə uduzmaqla evə yollanmağı haqq etdi, Avstriyanı da İspaniya darmadağın etdi. Kim qaldı? 3-cü turda 0:0 edən Avstraliya ilə Paraqvay. Buyurun, Salahlı Misir bu gecə Avstraliyanın cəzasını çəkdi. Bircə Paraqvay 1/8 finala adladı ki, onu da həmin mərhələdə Fransa “arxivə göndərəcək”.
Kəsəsi, futbol ona xəyanət edənləri sevmir! Onun da haqq-hesabı, bax, belə olur!
ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul