Yığmalara görə yaranan fasilədə güclülər dəstəsində mübarizə dayansa da, aşağı liqalarda durum fərqlidi. Portuqaliya sequndasında 10-cu turun oyunları keçirilir. Renat Dadaşovun formasını geydiyi "Eştoril” də növbəti matçına çıxıb. Bu komanda səfərdə “Akademiku Vizeu” ilə qarşılaşıb. Qonaqlar 2:1 hesablı qələbəyə sevinib. Dadaşov da oyunun iştrakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb və 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Eştoril” 10 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.
İspaniya sequndasında isə 14-cü tur çərçivəsində Eddi İsrafilovlu “Alkorkon” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib. Eddinin şərəfini qorduğu komanda qələbə qazanıb - 1:0. İsrafilov start heyətində meydana çıxıb və sona qədər oynayıb. Hazırda 30 xala malik “Alkorkon” 1-ci yerdədi.