Sizin reklam burada

UEFA Nazarovun qolunu bərpa etdi

Müəllif: football Tarix: 20-11-2018, 20:58 519 Baxış
UEFA Nazarovun qolunu bərpa etdi
UEFA yığmanın Farer adaları ilə oyunu ilə bağlı dəyişiklik edib. Qitə futbol qurumu yığmanın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada vurulan ilk qolun müəllifini dəyişib. Belə ki, 18-ci dəqiqəsində vurulan qol məhz Dmitri Nazarovun hesabına yazılıb. Bununla da onun yığmadakı qollarının sayı 8-ə çatdı. 2014-cü ildən bəri milli formanı geyən Dima hazırda bombardirlər siyahısında 3-cü yerdədi. O, 2-ci pillədə gedən Vaqif Cavadovdan artıq cəmi 1 top, yığmanın ən sərrast oyunçu Qurban Qurbanovdan isə 6 qol geri qalır.
Xatırladaq ki, UEFA əvvəlcə qolu avtoqol kimi dəyərləndirərək, Raqnar Nattestadın passivinə yazmışdı.
SON XƏBƏRLƏR