Sizin reklam burada

“Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı

Title
“Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı
“Üçüncü bundesliqada çıxış edən Rüfət Dadaşov ölkəsinin qəhrəmanına çevrilə bilər”
Almaniyanın məşhur “Bild” nəşri yığmamızın Kosovoya qarşı keçirəcəyi son oyuna yer ayırıb. Qarşılaşmanın millimiz üçün önəmindən bəhs edən həmkarlarımız oyunu Qurban Qurbanovun komandası üçün tarixi şans kimi dəyərləndiriblər: “Farer adaları üzərində qələbədən sonra Azərbaycan yığması tarixi fürsət əldə edib. Priştinada da qalib gəlsələr, qrupu birinci pillədə başa vuracaqlar. Bununla da komandanın AÇ-2020-yə vəsiqə qazanmaq şansı daha da artacaq. Kiçik bir ölkə üçün bu böyük uğur olar. Üçüncü bundesliqada çıxış edən Rüfət Dadaşov isə sabah (bu gün) ölkəsinin qəhrəmanına çevrilə bilər. Bunun üçün Azərbaycanı qələbəyə daşıyan qol və ya qollar vurmalıdı”.
Adı çəkilən nəşrə açıqlama verən Rüfət Dadaşov isə səfərə iddalı yollandıqlarını deyib: “Çox isti duel olacaq. Kosovo çox güclü komandadı və yaxşı futbolçuları var. “Şalke-04”ün sabiq oyunçusu Donis Avdiyay da rəqibin heyətində yer alıb. Ancaq biz inamlı mübarizə aparacağıq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.