Sizin reklam burada

U-21 yenə uduzdu

Müəllif: football Tarix: 20-11-2018, 20:42 555 Baxış
U-21 yenə uduzdu
Rəşad Sadıqov: “Oyunumuzdan razı qalmadım”
U-21 dünən növbəti yoxlama oyununda qüvvəsini sınadı. Xəbər verdiyimiz kimi, Rəşad Sadıqovun yetirmələri Bosniya və Hersoqovinanın eyni yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırdı. Zenitsa şəhərindəki təlim-məşq mərkəzində baş tutan qarşılaşma yığmanın məğlubiyyəti ilə yekunlaşdı – 0:2.
Bosniya və Hersoqovina: 1. Vladan Kovaçeviç, 3. Halid Şabanoviç, 17. Selmir Pedro, 18. Nihad Muyakiç, 5. Besim Şerbeçiç, 10. Mariyan Çavar (k), 8. Vladan Daniloviç, 7. Zineddin Mustedanaqiç, 19. Petar Boyo, 21. Nermin Haydareviç, 11. Nardin Mulahüseynoviç.
Ehtiyat oyunçular: 12. Suan Beşiç, 13. Amar Beqanoviç, 2. Yusuf Qazibeqoviç, 14. Yasmin Çelikoviç, 4. Anel Şabanadjoviç, 6. Haris Haydareviç, 20. Marko Brkiç, 23. Yovo Lukiç, 9. Stipe Yuriç, 15. Milan Saviç.
Baş məşqçi: Vinko Marinoviç.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyin Seyliğli, 11. Bahadur Həziyev, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Ziya Əzizov, 10. Ozancan Kökcü, 16. İsmayıl İbrahimli, 20. Ömər Buludov, 25. Faiq Hacıyev.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. İsmayıl Muradov, 3. Ricat Qarayev, 9. Rövlan Muradov, 5. Əsgər Hüseynov, 13. Əli Sadıqov, 21. Mətin Gülər, 18. Murad Xaçayev, 19. Abbas Ağazadə, 23. Süleyman Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.
Qollar: N.Mulahüseynoviç, 34 (1:0). S.Yuriç, 73 (2:0).
Vərəqələr: H.Seyliğli, 44. H.Hacılı, 48. Z.Mustedanaqiç, 60. M.Çavar, 61 – sarı.
Hakimlər: DRAQAN PETROVİÇ, Qoran Duyak, Damir Laziç, Haris Kalyanaç (hamısı Bosniya və Hersoqovina).
Hər hissədə qapısında 1 qol görən Sadıqovun komandası məğlub oldu. Belə ki, rəqibin heyətində 34-cü dəqiqədə Nardin Mulahüseynoviç, 73-cü dəqiqədə isə sonradan meydana çıxan Stipe Yuriç bizimkiləri məyus etdi.
Qarşılaşmanın protokolunu detallı şəkildə diqqətinizə çatdıra bilməməyimizin obyektiv səbəbləri var. AFFA-nın rəsmi saytında hansısa səbəbdən hakimlər briqadası və əvəzetmələr qeyd olunmayıb. Baş çəkdiyimiz Bosniya Futbol Federasiyasının internet ünvanında isə daha biabırçı durumla üzləşdik. Əvəzetmələrə rast gəlmədik. Hakimlərin və qol müəlliflərinin adını yazmağı isə unutmayıblar. Hə, bir də oyundan şəkillər yerləşdirilib. Maraqlıdı ki, iki futbolçunun - Çavar ilə Hacılının sarı vərəqə aldığı qeyd olunub, amma hakimin onları hansı dəqiqələrdə cəzalandırdığı yaddan çıxıb. AFFA-nın saytında isə əksinə, 4 nəfərin cəzalandığı yazılıb...
Xatırladaq ki, U-21 bundan öncə, noyabrın 15-də "Dalğa Arena"da ukraynalı həmyaşıdları ilə yoldaşlıq görüşündə də 0:1 hesabıyla uduzmuşdu. Beləliklə, növbəti seçmə mərhələyə hazırlaşan yenilənmiş yığma ilk hazırlıq prosesi çərçivəsində keçirdiyi hər iki yoxlama matçında məğlub oldu. Özü də qol vurmadan.

Reaksiya
Rəşad Sadıqov: “Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.
SON XƏBƏRLƏR