Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək

29.06.2026 13:36 26
İdman
Qadın basketbolçulardan ibarət U-20 millimiz tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

Turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.