Sizin reklam burada

Yığmadan əzmkar qələbə

Поделиться:
Title
Yığmadan əzmkar qələbə
AÇ-nin seçmə mərhələsi
1-ci qrup, 2-ci tur
Gürcüstan – Azərbayan 1:2 (1:0)

Gürcüstan: 1. Dmitri Buliskeriya, 2. Piruzi Qabitaşvili (7. Georgi İvaniadze, 74), 3. İva Gelaşvili, 4. Cemal-Georgi Jinjolava, 5. Levan Karabadze, 6. Beka Dartsmeliya (k) (14. Teymuraz Qabuniya, 84), 22. Anzor Mekvabişvili (16. Tsotne Patsatsia, 74), 11. Xviça Kvaratsxeliya, 8. Zuriko Davitaşvili, 9. Georgi Quliaşvili, 10. Tamaz Babunadze (17. Revazi İnjqiya, 55).
Ehtiyat oyunçular: 12. Georgi Mamardaşvili, 7. Georgi İvaniadze, 15. Beqa Buiqlişvili, 18. Şota Şekiladze, 20. Laşa Nanobaşvili, 21. Luka Çaparidze.
Baş məşqçi: George Mikadze.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 15. Vüsal Məsimov, 14. Zahid Mərdanov, 8. Şakir Seyidov, 19. Tural Bayramov (2. Rüstəm Nuriyev, 76), 17. Samir Qurbanov (11. Elvin Cəfərquliyev, 46), 18. Emil Qasımov (9. Murad Mahmudov, 64), 7. Turan Vəlizadə, 10. Kamran Quliyev (6. İdris İnqilablı, 89).
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 4. İbrahim Hüseynov, 16. Elvin Talıbov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Qollar: L.Karabadze, 45+1 (1:0). T.Bayramov, 66 (1:1). Z.Mərdanov, 70 (1:2).
Vərəqələr: A.Mekvabişvili, 51. T.Vəlizadə, 78. Ş.Seyidov, 89. R.Nuriyev, 90+5 – sarı.
Hakimlər: DONATAS RUMŞAS, Aleksandr Radius (hər ikisi Litva), Karel De Rokker, Erik Lambrexts (hər ikisi Belçika).
17 noyabr. Tiflis. “Mixail Mesxi” stadionu.
Şənbə günü əsas yığmadan öncə U-19 meydana çıxdı. İlk turda İsrailə uduzan (1:4) yığma bu dəfə meydan sahibi Gürcüstanla üz-üzə gəldi. Şimal-qərb qonşularımız isə ilk oyunda Lixtenşteyni darmadağın etmişdi – 7:0. Bu üzdən gürcülər daha şanslı görünürdü. Hesabı 45+1-ci dəqiqədə Karabadze açdı. Ancaq yığma əzmkar qələbə qazana bildi. 66-cı dəqiqədə Tural Bayramov “status-kvo”nu bərpa etdisə, 4 dəqiqə sonra Zahid Mərdanov qələbə qolunu vurdu. Bu nəticə millini elit mərhələyə xeyli yaxınlaşdırdı. Son turda gürcülər xal itirsə, hətta 1 xal belə Məmmədin komandasını 2-ci yerdə saxlayacaq. Sabah meydan sahibləri İsraillə, milli isə Lixtenşteynlə üz-üzə gələcək. Deməli, U-19-un şansı daha yüksəkdi. Bundan başqa, İsrail qalib gəlsə, yığma “cırtdan”a məğlubiyyət fonunda belə adını “elit”ə yazdıracaq. Çünki gürcülərlə xallar eyni olacaq və şəxsi oyundakı üstünlük yığmanın işinə yarayacaq. Yalnız Gürcüstan İsraili yenərsə və milli Lixtenşteyni məğlub edə bilməsə, elit mərhələ əlçatmaz olacaq. Həmçinin həm biz, həm də gürcülər qalib gəlsə, artıq 3 komandanın eyni xalı olacaq və öz aralarındakı nəticələr əsas götürüləcək. Qeyd edək ki, 2-ci turda qrupun digər oyununda İsrail Lixtenşteyni minimal fərqlə məğlub (2:1) edib.
Gürcülər üzərindəki qələbədən sonra Vüqar Məmməd bunları deyib: “Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrə verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”.
1. İsrail 2 2 0 0 6-2 6
2. AZƏRBAYCAN 2 1 0 1 3-5 3
3. Gürcüstan 2 1 0 1 8-2 3
4. Lixtenşteyn 2 0 0 2 1-9 0
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.