Kosovo biletləri satışa çıxardı
Müəllif: football Tarix: 18-11-2018, 12:21 519 Baxış
Rövnəq Abdullayev hərəyə 50 min vəd edibMillətlər Liqasının qrup mərhələsinin Kosovo – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Qarşılaşmanın biletləri “online” şəkildə də satışdadı. Biletlərin qiyməti son iki oyunda olduğu kimi, 2 avrodan başlayır. Ümumiyyətlə, biletlərin qiymətləri 2, 3, 5 və 10 avrodu. VİP yerlər isə 50 avro dəyərindədi. Xatırladaq ki, bu oyun noyabrın 20-də keçiriləcək.
Yığmadan söz düşmüşkən, bir maraqlı xəbəri də nəzərinizə çatdıraq. Sportinfo.az saytının yazdığı məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qarşıya qoyulan minimum vəzifənin, yəni qrupdan çıxmaq hədəfinin öhdəsindən gələrsə, mükafatlandırılacaq. AFFA rəhbərliyi kisənin ağzını açmağa boyun olub. Şəxsən assosiasiya prezidenti Rövnəq Abdullayev yığma qrupu birinci pillədə bitirərək yarımfinala adlayacağı təqdirdə hər bir futbolçuya 50 min manat mükafat ayıracağını bildirib.