Sizin reklam burada

U-19 ilk oyunda darmadağın oldu

Baxış Sayı:498

U-19 ilk oyunda darmadağın oldu
Vüqar Məmməd: “Bəlkə də həddən artıq istəkli olmaq oyunumuza mənfi təsir etdi”
Azərbaycan - İsrail 1:4 (0:2)

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 6. İdris İnqilablı, 7. Turan Vəlizadə (19. Tural Bayramov, 39), 8. Şakir Seyidov, 9. Murad Mahmudov (18. Emil Qasımov, 64), 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 14. Zahid Mərdanov, 21. Zamiq Əliyev (15. Vüsal Məsimov, 46).
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 2. Rüstəm Nuriyev, 3. Elnur İbrahimov, 16. Elvin Talıbov, 17. Samir Qurbanov.
Baş məşqçi: Vüqar Məmməd.
İsrail: 1. Omer Niron, 2. Amit Qlezer, 3. Alon Strosberq (k), 6. Mohammad Kanaan (9. Quy Dahan, 60), 8. İlay Elmikeys (4. Ori Arzi, 87), 12. Tomer Mahluf, 13. Bar Arad (7. Rio Arye Fadida, 73), 14. Yoav Hofmeyster, 15. Roy Herman, 17. Tomer Benbeniski (11. Eden Karzev, 60), 19. Şadi Masarva (10. Yoni Sisay, 73).
Ehtiyat oyunçular: 18. Şareef Keof, 5. Or Blorian, 16. Liel Abada, 20. Roy Levi.
Baş məşqçi: Nir Levin.
Qollar: M.Kanaan, 9 (0:1). Ş.Masarva, 28 (0:2). B.Arad, 56 (0:3). B.Arad, 64 (0:4). E.Qasımov, 82 (1:4).
Vərəqələr: Z.Əliyev, 13. Ş.Seyidov, 29. M.Kanaan, 45. R.Hüseynli, 63. E.Qasımov, 69 - sarı.
Hakimlər: ERİK LAMBREXT, Karel De Rokker (hər ikisi Belçika), Georgi Elikaşvili, Aleko Aptsiauri (hər ikisi Gürcüstan).
14 noyabr. Tiflis. "Mixail Mesxi-2" stadionu.
Dünən U-19 Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verdi. Vüqar Məmmədin komandasının ilk rəqibi İsrail idi. Özü də bu oyunu AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun 1-ci vitse-prezidenti Rauf Əliyev də canlı izləyirdi. Təəssüf ki, futbolumuzun gələcəyi kimi baxdığımız 19 yaşlılar azərbaycanlı azarkeşləri üzdü. Özü də yığma yəhudilər önündə darmadağın oldu. Hər hissədə 2 qol buraxan Məmmədin yetirmələrinin gücü yalnız təsəlli qoluna çatdı. Qrupun digər oyununda meydan sahibi Gürcüstan Lixtenşteynin "daşını daş üstə qoymayıb" - 7:0. Növbəti turda yığma məhz gürcülərlə münasibətlərinə aydınlıq gətirəcək. İsrail isə Lixtenşteynlə qarşılaşacaq. 2-ci turun oyunları noyabrın 17-də reallaşacaq.
İsrailə məğlubiyyət haqda Vüqar Məmməd AFFA-nın rəsmi saytına bunları deyib: “Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandası ilə qarşılaşmalardan da qalib ayrılmışdılar. Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddən artıq istəkli olmaq oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti öz xeyrimizə çevirməyə çalışacağıq”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR