“Zirə” apellyasiya şikayəti verəcək
Futbolçuların lisenziyaları hakimə və AFFA nümayəndəsinə elektron variantda göndərilib
Çərşənbə axşamı keçirilən AFFA İntizam Komitəsinin iclasında daha bir texniki məğlubiyyət qərarı çıxarıldı. Bu dəfə də “Zirə” qaydaları pozduğu üçün hədəfə düşdü. Ancaq söhbət qəsəbə təmsilçisinin əsas komandasından yox, əvəzedicilərindən gedir. Belə ki, birinci divizionun 10-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə-2” matçında qonaqların heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə “qartallar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin “Zirə” 800 manat cərimə də olunub. Xatırladaq ki, sözügedən qarşılaşmada qəsəbə təmsilçisi 3:2 hesabıyla qalib gəlmişdi.
Maraqlıdı ki, cari mövsümdə premier-liqada və birinci divizionda üst-üstə 5-ci dəfə belə hal yaşanır. Daha öncə premyer-liqa matçındakı məsuliyyətsizliyə görə “Zirə” və “Qarabağ” analoji cəza ilə üz-üzə qalmışdı. “Səbail-2” isə iki dəfə səhvin güdazına getmişdi. Görünür, yaşananlardan dərs çəxarmaq əvəzinə, işə səthi yanaşma davam edir. Özü də “Zirə” ikinci dəfə cəzalanır. Lisenziyası hakimə təqdim olunmayan futbolçular isə Tapdıq Əhmədov, Murad Musayev və Əmrah Bayramovdu.
Görəsən, səhv necə baş verib və bu dəfə günahkar kimdi? “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəni dinləyək: “Meydana çıxan hər üç futbolçu əvvəlki oyunlarda iştirak edib, hətta qol da vurub. Onların lisenziyası da var. Bu futbolçular çox vaxt əsas komandanın düşərgəsində də olurlar. Elə ona görə də lisenziyaları əsas komandanınkı ilə bir yerdə olub. Oyundan bir gün əvvəl axşam “fors-major” hal yaşandı deyə, lisenziyaları götürə bilmədik. Komanda isə səhər saat 6-da Tovuza yola düşməliydi və çatdırmaq mümkün olmadı. Bu haqda PFL-ə məlumat vermişdik, futbolçuların lisenziyaları isə elektron variantda oyunun hakiminə və AFFA nümayəndəsinə göndərilmişdi. Texniki məğlubiyyət qərarı bizim üçün gözlənilməz oldu. Apellyasiya şikayəti verəcəyik”.
FARİZ

Son xəbərlər

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

Bütün xəbərlər