Həftəsonu futzal üzrə ikinci liqada 10-cu turun oyunları keçirilib. “Olimpik Star”da baş tutan turda lider “Obolon” növbəti qələbəsini qazanıb. Elə izləyiciləri də xal itirməyib. “Advokat” isə böyükhesablı qələbə qazanıb. “Xəzər Astara” və “Hövsan” da xal ehtiyatını zənginləşdiriblər. Turun son oyunu keçirilməyib. Belə ki, “Baker Hughes” “Rəvan”la matça gəlməyib. Məsələyə İntizam Komitəsi aydınlıq gətirəcək.
Turun nəticələrini nəzərinizə çatdırırıq: Atletiko Baku – Obolon 1:3, Baku Fire-2 - Gənclik 4:4, Xəzər Astara – Dalğa 8:3, Gilan Construction - Bədr Xocalı 3:3, Star Karqo – Advokat 0:6, Bibiheybət - Baker Tilly 1:7, Təbriz – Avanqard 3:5, Hicran – SAB 5:4, Borçalı– Hövsan 3:4.
1. Obolon 10 10 0 0 57-17 30
2. Baker Tilly 10 9 0 1 54-15 27
3. Hicran 10 9 0 1 38-23 27
4. SAB 10 7 1 2 40-23 22
5. Rəvan 9 7 0 2 42-24 21
6. Atletiko Baku 10 6 1 3 38-21 19
7. Avanqard 10 6 1 3 38-28 19
8. Baku Fire-2 10 5 2 3 31-34 17
9. Borçalı 10 5 1 4 41-27 16
10. Hövsan 10 5 0 5 51-44 15
11. Təbriz 10 4 1 5 43-36 13
12. Star Karqo 10 3 3 4 28-38 12
13. Xəzər Astara 10 4 0 6 35-43 12
14. Advokat 10 3 2 5 29-30 11
15. Bədr Xocalı 10 2 3 5 29-34 9
16. Baker Hughes 9 1 1 7 28-56 4
17. Bibiheybət 10 1 1 8 23-52 4
18. Gilan Construction 10 1 1 8 32-55 4
19. Dalğa 10 1 0 9 22-80 3
20. Gənclik 10 0 2 8 21-50 2