Sizin reklam burada

Qurban Qurbanov yeni ofisin faydasından danışıb

Müəllif: football Tarix: 11-11-2018, 15:01 4 996 Baxış
Qurban Qurbanov yeni ofisin faydasından danışıb
Elman Himayətoğlu: "Hətta sürücülər üçün də otaq ayrılıb"
Bir neçə gün öncə yığmanın baş məşqçisi Qurban Qurbanovun milli komandaların məşqçi və inzibati heyəti ilə görüşdüyünü xəbər vermişdik. Əsas komandanın baş meneceri İslam Abbasovun iştirakı ilə Bakı Olimpiya Stadionunda yerləşən AFFA-nın yığma komandalar üçün yeni ofisində başa tutan görüş zamanı ofisdə tətbiq olunacaq iş prosesi və gələcək planlar haqda söhbət də olmuşdu. Bu yerdəyişmənin hansı fərqliliklər yaratdığı maraq doğurur. Odu ki, dünən millinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə danışmağı lazım bildik: "Görüş zamanı Qurban müəllim ümumi iş rejimindən, gələcək planlardan danışdı. Yeni ofisin işin daha yaxşı qurulmasına şərait yaradacağını dedi. Qeyd etdi ki, hər kəs bir yerdə çalışacaq, daha sıx əlaqədə olacaq. Bu da ümumi işə müsbət təsir göstərəcək. Hamı bir komanda kimi fəaliyyət göstərəcək, daha çox fikir mübadiləsi aparacaq. Belə bir komanda şəklində fəaliyyət göstərməyi xüsusi vurğuladı. Qurban müəllim bir çox sahələrdə məşqçilərə tövsiyələrini verdi. İstər futbolçularla münasibət, istərsə də nizam-intizam məsələləri ilə bağlı. İntizamı xüsusi vurğuladı... Yeni ofisdə məşqçilər üçün yaxşı şərait yaradılıb. Həm geniş iclas zalı, həm də çalışdırıcılar üçün iş otağı var. İnzibati heyət də burda olacaq. Hətta sürücülər üçün də otaq ayrılıb. Milli Komandalar Departamenti üçün hər cür şərait var. Hamı burda olacaq".
FARİZ
SON XƏBƏRLƏR