Dünən Bakıda təlim-məşq toplanışında olan U-19 hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. “Keşlə”nin U-17 komandası ilə qarşılaşan Vüqar Məmmədin komandası 7:1 hesablı qələbə qazanıb. Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xaqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurub.