Sizin reklam burada

U-21-in rəqibi heyəti açıqladı

Müəllif: football Tarix: 11-11-2018, 13:44 485 Baxış
U-21-in rəqibi heyəti açıqladı
Rəşad Sadıqov isə turu gözləyir
21 yaşadək futbolçulardan ibarət yığmamızın noyabrda iki yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik. Yığma noyabrın 15-i, saat 20.00-da "Dalğa Arena”da Ukraynanın U-21-i ilə qarşılaşacaq. Dörd gün sonra - noyabrın 19-da isə Rəşad Sadıqovun komandası Zenitsa şəhərində Bosniya və Hersoqovina ilə oyunda qüvvəsini sınayacaq. Səfərdəki görüş yerli vaxtla saat 13.00-da başlayacaq. U-21 Bosniya və Hersoqovinaya ayın 16-da yollanacaq. Rəşad Sadıqov qarşıdakı oyunlar üçün heyəti hələ açıqlamayıb. Gənc çalışdırıcı bunu premyer-liqanın 11-ci turu başa çatandan sonra edəcək.
Bosniyalıların millimizlə oyun üçün heyəti isə artıq açıqlanıb. Baş məşqçi Vinko Marinoviç 23 futbolçu çağırıb: Suan Beşiç ("Anje", Fransa), Vladan Kovaçeviç (Sarayevo), Yusuf Qazibeqoviç ("Lieferinq", Avstriya), Besim Şerbeçiç ("Rusenborq", Norveç), Halid Şabanoviç (Sarayevo), Amar Beqanoviç (Sloboda), Vedran Vrhovaç (Çelik), Nihad Mujakiç (Sarayevo), Selmir Pidro (Sarayevo), Jasmin Çelikoviç ("İnter", Zapreşiç/Xorvatiya), Milan Saviç ("Mexelen", Belçika), Marian Çavar ("Osiyek", Xorvatiya), Zinedin Mustedanaqiç ("Rujomberok", Slovakiya), Amar Çatiç (PSV, Hollandiya), Vladan Daniloviç (Borats), Anel Şabanadjoviç (Jelezniçar), Haris Haydareviç (Jelezniçar), Petar Boyo (Mladost), Nermin Haydareviç (GOŞK), Marko Brkiç (Zvezda 09), Stipe Yuriç (Şiroki Briyeq), Nardin Mulahuseynoviç ("Maribor", Sloveniya), Yovo Lukiç (Krupa).
SON XƏBƏRLƏR