Sizin reklam burada

Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür

Müəllif: football Tarix: 8-11-2018, 22:19 538 Baxış
Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür
“...azarkeşlərimiz Azərbaycanı da məğlub etməyimizə kömək edəcək”
Millətlər Liqasının qrup mərhələsində yığmamızın əsas rəqibi olan Kosovo son iki matçını Maltaya və millimizə qarşı keçirəcək. Yığmanın kapitanı Samir Uykani də məhz bu qarşılaşmalarla bağlı fikirlərini bölüşüb. Türkiyə superliqasında mübarizə aparan “Çaykur Rizəspor”un şərəfini qoruyan 30 yaşlı qolkiper tarixi şanslarının olduğunu söyləyib. Təcrübəli əlcək sahibi hazırda yalnız Malta ilə görüşü düşündüklərini bildirib: “İlk qarşılaşmamız Maltaya qarşıdı. Biz də bu gün yalnız həmin oyun haqda düşünürük. Malta ilə matçdan sonra isə Azərbaycan səddi barədə fikirləşəcəyik. Gözəl başa düşürük ki, tarixi şans yaxalamışıq. AÇ-2020-yə vəsiqə uğrunda pley-offda oynaya bilərik. Qrupdakı hər iki qarşılaşma ağır olacaq. Malta ilə oyunda yaxşı nəticə qazana bilsək, azarkeşlərimiz Azərbaycanı da məğlub etməyimizə kömək edəcək”.
Qeyd edək ki, hesabında 8 xal olan və millimizi 2 xal qabaqlayan Kosovo noyabrın 17-də Vallettada Malta ilə münasibətləri aydınlaşdıracaq. Həmin gün yığmamız Farer adalarını qonaq edəcək. Bundan 3 gün sonra isə Qurban Qurbanovun yetirmələri Kosovoda həlledici oyuna çıxacaqlar.
Bu arada Farer adalarının yığmamız və Malta ilə oyunlar üçün heyəti noyabrın 9-da açıqlanacaq. Bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçisi Lars Olsenin cümə günü yekun “23-lüy”ü müəyyənləşdirəcəyi bildirilib. Buna baxmayaraq, artıq düşərgəyə dəvət alacaq bəzi futbolçuların adları bəllidi. Bunlar qapıçı Qunnar Nilsen, Sonni Natqestad, Heyni Vatnsdal, Vilyormur Davidsen, Rene Yonsen, Reqvi Baldvinson, Hallur Hansson, Kay Bartalsstovu, Brandur Olsen, Qili Serensen, Finnur Yustinussen və Yohan Edmundssondu.
SON XƏBƏRLƏR