Rusiya mətbuatında "Zenit"in yetirmələri xatırlanıb. Onların arasında yığmamızın üzvü Ramil Şeydayev də qeyd olunub. Bu ölkənin premyer-liqa təmsilçisi "Krılya Sovetov"un 22 yaşlı hücumçusunun millimizi seçməsinin səbəbi belə göstərilib: "Müdafiəçi Camaladin Hocaniyazov və hücumçular Aleksey Qasilinlə Ramil Şeydayev "Zenit"in əsas heyətində hələ az yaşlarında debüt ediblər. Ancaq bundan sonra davamı gəlmədi. Uşaqlar icarəyə gedərək, "Zenit-2"də çıxış etdilər. Şeydayev müqaviləsinin müddətini uzatmadı və atasının vətənində, Azərbaycan yığmasının şərəfini qorumağa qərar verdi. O, DÇ-2018-nin seçmə mərhələsində Almaniya millisinə qol vurdu, həmçinin "Jilina"yla Slovakiya və "Qəbələ" ilə Azərbaycan çempionluğunu (əslində "Qarabağ"la) qazandı. İndi o, "Krılya Sovetov"un futbolçusudu".