“Qarabağ”ın oyununda amansız hakim
Slavçev Bolqarıstan yığmasına çağırıldı
Cümə axşamı Poltavada “Vorskla”nın qonağı olacaq “Qarabağ”ın səfər proqramı haqda ötən sayımızda məlumat vermişdik. Qurban Qurbanovun mətbuat konfransının çərşənbə günü Bakı vaxtı ilə saat 20.30-da başlayacağını bilirsiz. Rəqib komandanın çalışdırıcısı Vasili Saçko isə saat 19.00-da media mənsublarının önünə çıxacaq. Hər iki mütəxəssis sualları Aleksey Butovski adına “Vorskla” stadionunun konfrans zalında cavablayacaq.
Artıq hakim təyinatları də dəqiqləşib ki, qarşılaşma İsveçrədən olanlara həvalə olunub. Meydanda əsas söz sahibi Sandro Şörer olacaqsa, yan xətdə ona Bekim Zoqayla Ştefan De Almeyda kömək edəcək. Qapıarxası hakimlər Alen Byeri ilə Lukas Fandrixdi. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Hakimlərin işinə qiyməti almaniyalı Edqar Ştaynborn verəcəksə, danimarkalı Klaus Kristensen matçın UEFA nümayəndəsidi.
Xoş gələcək vəd edən Şörerin cəmi 30 yaşı var və artıq 3 ildi beynəlxalq dərəcəli hakim statusuna sahibdi. 2015-in martından UEFA-nın güvəndiyi referi indiyə qədər 31 beynəlxaq oyun idarə edib ki, nə qədər təəccüblü olsa da, heç vaxt bizimkilərin iştirakı ilə baş tutan qarşılaşmalarda fit çalmayıb. Nə yığmalar, nə də klub futbolu səviyyəsində. Lakin ukraynalılara tanış simadı. Bu il mayın 31-də Mərakeş və Ukrayna yığmalarının yoldaşlıq görüşündə isveçrəli ədalət təmsilçisi iş başında olub. Bundan başqa, 2017-də U-17-lərin seçmə mərhələ oyunlarında Ukrayna - Türkiyə, Norveç - Ukrayna oyunlarını idarə edib. Lakin heç bir halda Andrey Şevçenkonun həmvətənləri qələbə qazana bilməyib.
Olduqca qətiyyətli hakim təsiri bağışlayan Şörer amansız referi kimi tanınır. Güzəşt etməyi sevmir və bu hal idarə etdiyi 31 oyunun statistikasında özünü göstərir. Bu sayda matçda qapılara 11 penalti təyin etdiyi halda, 9 futbolçunu vaxtından əvvəl paltardəyişmə otağına göndərib. 111 dəfə əlini “sarı”ya görə cibinə atıb. Ümid edək ki, amansızlığı sərt futbolun tərəfdarı olan “Vorskla”nın əleyhinə işləyəcək.
Maraq üçün qeyd edək ki, yığmaların Millətlər Liqasındakı oyunları ilə bağlı yaranacaq fasilə müddətində “Qarabağ”ı müvəqqəti tərk edəcək futbolçulardan biri yenə Simeon Slavçev olacaq. Noyabrın 16-da Cənubi Kipr, üç gün sonra Norveçlə qarşılaşacaq Bolqarıstan yığmasının bu oyunlar üçün açıqlanan sifariş ərizəsində “6 nömrə”nin də adı var.
HƏBİB

Son xəbərlər

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Bütün xəbərlər