* Premyer-liqanın 10-cu turu “Sabah”ın futbolçusu Bəxtiyar Soltanov üçün əlamətdar olub. Klubunda 6-cı çempionat matçına çıxan 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində qol hesabını açıb. Bu, “Qəbələ” ilə səfərdəki görüşə (1:2) təsadüf edib. O, 159-cu matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. İlk qolunu 2008/09 mövsümündə “Bakı”nın heyətində vuran Soltanov ümumilikdə 5 klubun heyətində fərqlənib. O, paytaxtın eyniadlı komandasında 10, “Kəpəz”də 6, “Qəbələ”də 2, “Qarabağ” və “Sabah”da 1 dəfə rəqib qapısına yol tapıb. Bəxtiyar premyer-liqada son qoluna iki il yarım əvvəl imza atmışdı. Bu, yarımmüdafiəçinin “Kəpəz”də çıxış etdiyi 2015/16 mövsümünə təsadüf edib. O, 903 gün əvvəl - 2016-cı il mayın 15-də “Zirə”ylə səfər qarşılaşmasında (2:2) fərqlənmişdi.
* Çempionatın 10-cu turu aşağı məhsuldarlıqla diqqəti çəkib. Turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub. Bunun yarısı “Qəbələ” – “Sabah” görüşünə təsadüf edib – 2:1. “Qarabağ” – “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” – “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. “Zirə” – “Səbail” qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridi. Belə ki, sentyabrın 14-16-da keçirilən 4-cü turda məhsuldarlıq daha aşağı olub. Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun qalan 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.
* “Keşlə” ilə qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 20-ci qolunu vurub. Bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Belə ki, cari mövsümə qədər 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. Paytaxt təmsilçisinin yubiley qoluna Mirabdulla Abbasov imza atıb. Ölkə çempionatında ən çox qol vuran komanda olan “Neftçi” 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,7-yə bərabərdi. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.