Sizin reklam burada

Oktyabrın uğursuzlarının duelini çempion qazandı

Baxış Sayı:1 230

Oktyabrın uğursuzlarının duelini çempion qazandı
37. Qarabağ (Ağdam) – Sumqayıt 2:0 (1:0)
1. Hannes Halldorsson – 5,5
30. Abbas Hüseynov – 5,5
4. Rahil Məmmədov – 5,5
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,5
2. Qara Qarayev – 5,5
6. Simeon Slavçev – 6,0
11. Mahir Mədətov – 5,0
8. Miçel – 5,5
(19. Filip Ozobiç, 75) – 5,0
17. Abdulla Zubir – 5,5
(10. Dani Kintana, 90) – qiymətsiz
28. Con Delarj – 5,5
(9. Araz Abdullayev, 72) - 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
13. Vaqner Da Silva
7. İnnosent Emeqara
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
52. Yakub Jezniçak
77. Vild-Donald Qerye
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Simeon Slavçev

15. Orxan Sadıqlı – 4,5
74. Yusif Nəbiyev – 4,5
2. Rail Məlikov (k) – 4,0
(70. Ülvi İsgəndərov, 67) – 4,0
4. Şəhriyar Əliyev – 4,0
14. Bəxtiyar Həsənalızadə - 3,5
21. Arif Daşdəmirov – 4,0
10. Aleksey İsayev - 5,0
99. Əli Babayev – 4,5
7. Cavid Tağıyev – 3,5
(97. Xəyal Nəcəfov, 60) – 3,5
22. Əfran İsmayılov – 4,0
(17. Nicat Qurbanov, 80) – qiymətsiz
11. Atilla Yıldırım – 3,5
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
8. Orxan Əliyev
18. Süleyman Əhmədov
44. Qvanzav Maqomedov
77. Murad Xaçayev
Baş məşqçi: Nazim Süleymanov
Qollar: S.Slavçev, 25 (1:0, Miçel). C.Delarj, 57 (2:0).
Vərəqələr: B.Həsənalızadə, 65 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 75 (qeyri-idman hərəkəti). A.Daşdəmirov, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
3 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hesabat turunun birinci oyun gününün son qarşılaşmasında oktyabrda qələbəyə həsrət qalan komandalar üz-üzə gəldi. Azsaylı azarkeşin izlədiyi matçda meydan sahiblərinin 3 xalı bayram edəcəyini söyləyənlərin ehtimalı özünü doğrultdu. Ötən ay meydana çıxdığı matçlarda qələbə sevinci dadmayan “köhlən atlar” “kimyaçılar”ı çox güc sərf etmədən uddu. Oyunun isə çox maraqsız, hətta adama yuxu gətirəcək səviyyədə keçdiyini qeyd etməliyik. 7-ci dəqiqədə Orxanın Miçelin cərimə meydançasında, yaxın məsafədən vurduğu zərbəni dəf etdiyini nəzərə almasaq, qola qədər mübarizə yalnız meydanın mərkəzində getdi. Qonaqlardan fərqli, “Qarabağ” yenə nəsə etməyə çalışır, ardıcıl 3-4 ötürmə verməyi bacarırdı. “Kimyaçılar”isə ardıcı bir-iki düzgün ötürmə etməyi, top saxlamağı sanki yadırğamışdı. Əminliklə deyə bilərik ki, bu, carı mövsümdə “Sumqayıt”ın ən bərbad oyunu idi. İlk qol isə 25-ci dəqiqəyə təsadüf etdi. Cərimə meydançasının xətti yaxınlığında Slavçevlə mübarizədə uduzan Bəxtiyar təcrübəsinə yaraşmayan səhvlə bolqarın fərqlənməsinə imkan yaratdı. Onu zərbə mövqeyinə çıxaran isə Miçel idi. Sumqayıtlılar buraxılan qolun əvəzini 34-cü dəqiqədə çıxmağa yaxın oldu. Tağıyev meydanın mərkəzində gözəl ötürmə ilə Əfranı qapıçıyla üzbəüz çıxarsa da, Halldorsson topu ayaqları ilə zərərsizləşdirməklə komandasını real qoldan xilas etdi.
Fasilədən sonra da meydanda ağalıq edən tərəf Qurbanovun yetirmələri idi. Təşəbbüsü ələ alan ağdamlılar təhlükəli hücumlarla qonaqları təzyiq altında saxlayırdı. 57-ci dəqiqə Delarj “gənclik şəhəri”nin təmsilçisni ikinci dəfə meydanın mərkəzinə dəvət etdi. Künc asmasından sonra cərimə meydançasında yaşanan qarışıqlıqdan sonra topun qarşısına düşdüyünü görən forvard qüvvətli zərbə ilə toru silkələdi. Bundan bir qədər əvvəl isə Miçelin zərbəsi əvvəl dirəyə, sonra da Sadıqlıya dəyərək meydandan çıxmışdı. Məhz həmin hücumun davamı qolla nəticələndi. Qalan dəqiqələrdə Süleymanov hücumu gücləndirmək üçün Nicat, Ülvi kimi hücumameyilli futbolçuları meydana buraxsa da, heç nə dəyişmədi. Əksinə, meydan sahibləri bir neçə real qol şansını boşa verdi. Tək Mahir iki dəfə adını tabloya yazıdra bilərdi. Lakin hər iki halda Sadıqlı topun qapı xəttini keçməsinə imkan vermədi. Və matç “Qarabağ”ın qələbəsi ilə başa çatdı. “Sumqayıt”ın qələbəsiz seriyası isə 4 oyuna çatdı.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında “Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyev də var idi. “Ağ-qaralar”ın rəsmisi “Keşlə” – “Neftçi” matçından sonra çempionluq yolunda əsas rəqiblərinin oyununu da izləməyi özünə borc bilmişdi. Qarşılaşmanın fasiləsində isə “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla rəqib komandadan olan həmkarı arasında maraqlı dialoq yaşandı. Belə ki, Nurlan bəyin “çempion, zəhmət olmasa, bura yaxınlaş” sözünə Allahverdiyev “inşallah” deyərək cavab verdi və həmkarı olan tərəfə getdi. Onun bu cavabına İbrahimov “görün, çempion sözünə necə sevincək reaksiya verir” deyərək güldü.
* Qarşılaşmadan sonra “Qarabağ”ın legionerləri komandanın azyaşlı fanatlarının əhatəsinə düşdülər. Hannes Halldorssona xüsusi maraq göstərən fanatlar onu Vaqner da Silva ilə səhv saldıqlarından “Vaqner, Vaqner” şüarı səsləndirdilər. Belə kobuq səhvə baxmayaraq, islandıyalı qolkiper onlara xoş üz göstərirdi. Elə həmin an yaşlı fanatlardan biri “I love you, İslandiya” deməklə azyaşlıların səhvə yol verdiklərini diplomatik formada qolkiperə izah etdi. Ondan sonra ətrafdakılar “Halldorsson, Halldorsson” qışqırmağa başladılar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR