“Futbol+” ilk qələbəsini qazandı
Həftəsonu AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nin təşkilatçılığı ilə idman jurnalistləri arasında 3-cü “Media turniri” çərçivəsində 5-ci turun oyunları keçirildi. Tur şənbə günü məhz “Futbol+”in oyunu ilə start götürdü. Kollektivimiz səhər saat 10-da “Partizan”la üz-üzə gəldi. Həm nəhayət ilk qələbə istəyi, həm də beləliklə, şöbə redaktorumuz Kənan Həsənovun ad gününə hədiyyə etmək arzusu matça ikiqat köklənməyə şərait yaratmışdı. Oyun komandamızın diqtəsi altında keçdi. Artıq ilk yarıdan sonra hesab 3:0 idi. Əli Rzayev het-trik etmişdi. Matçda son nöqtəni sıralarımızdan ayrılsa da, hələ də ürəyi kollektivimizlə döyünən Sərxan Musalı qoydu. Beləliklə, sonda rəqibi 4:0 hesabı ilə yenməyi bacardıq və bununla da çempionatda ilk qələbəmizlə tanışdıq. Maraqlıdı ki, 4 oyundan üçündə məhz eyni hesab qeydə alındı. “CBC Sport” “İnternasional”ı, “Bakı” isə “Xəzər Lənkəran”ı 4 cavabsız qolla üstələdi. İlk oyunda 3 xal telekanalın ayrı-ayrılıqda 4 üzvünün - Nurlan Əlizadə, Emin Ağayev, Şəmsəddin Abbasov və Gündüz Abbaszadə vurduğu qollarla əldə olundusa, “Bakı” “Xəzər Lənkəran” 4:0 Elnur Əşrəfoğlunun pokeri ilə yendi. Turun mərkəzi oyununda isə “İdman Azərbaycan”la “MX United” 5:3 qarşılaşdı. Çempionluğa namizədlərin duelindən idman kanalı qalib ayrıldı. Sərxan İbrahimoğlu və Tural Məmmədli dubl müəllifi oldusa, İsmayıl Abdullayev bir dəfə fərqləndi. “Mətbuat xidmətləri”nin komandasında isə turnirin bombardiri Firuz Abdulla, eləcə də Nurlan İbrahimov hərəyə bir dəfə fərqləndi, daha bir qol isə avtoqoldan vuruldu. Növbəti turun oyunları noyabrın 10-da keçiriləcək. 6-cı turdakı rəqibimiz “Bakı” olacaq. Bizdən əvvəl saat 10-da “İdman Azərbaycan” – “Partizan”, 11-də isə “CBC Sport” – “MX United”qarşılaşmaları baş tutacaq. Tura 13.00-da start götürəcək “İnternasional” – “Xəzər Lənkəran” matçı ilə yekun vurulacaq.
1. İdman Azərbaycan 5 5 0 0 25-7 15
2. MX United 5 4 0 1 23-12 12
3. CBC Sport 5 4 0 1 19-10 12
4. Bakı 5 2 1 2 15-14 7
5. Xəzər Lənkəran 5 2 0 3 7-12 6
6. Futbol+ 5 1 1 3 9-22 4
7. İnternasional 5 0 1 4 8-16 1
8. Partizan 5 0 1 4 7-20 1
Bombardirlər: Firuz Abdulla (MX United) – 11, Elnur Əşrəfoğlu (Bakı) – 10, Sərxan İbrahimoğlu (İdman Azərbaycan) – 9.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər