U-19-un hazırlıq planı müəyyənləşib. Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək yığmanın təlim-məşq toplanışı start götürüb. Dünəndən başlayan hazırlıq prosesi noyabrın 10-dək Bakıda davam edəcək. Baş məşqçi Vüqar Məmməd toplanışa 22 futbolçu dəvət edib: Murad Mahmudov (“Frankfurt”, Almaniya), Kamran Quliyev (“Yonova”, Litva), Əkbər Vəliyev (Keşlə), Elvin Cəfərquliyev, Elvin Talıbov, İbrahim Hüseynov, Nicat Mehbalıyev, Rauf Hüseynli, Tural Bayramov, Turan Vəlizadə, Xəqani Sadixov, Zamiq Əliyev (hamısı “Qarabağ”), İdris İnqilablı, İzzət Muştaqov, Rüstəm Nuriyev, Samir Qurbanov, Vüsal Məsimov (hamısı “Qəbələ”), Nail Alışov (Neftçi), Emil Qasımov, Şakir Seyidov, Zahid Mərdanov (hamısı “Sabah”), Elnur Ibrahimov (“Spartak-2”, Rusiya).